Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:19 - 19.10.2018  
Fazil Məmmədovun "yeznəsi ölkədən 10 milyonla qaçıb"?
Tarix: 15-12-2017, 10:38 | Bölmə: Xəbərlər » Ölkə içi

Sabiq nazir hesab edir ki, işdən çıxarılmasında  etimad göstərdiyi adamların rolu olub

Fazil Məmmədovun "yeznəsi ölkədən 10 milyonla qaçıb"?Vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında müəmma davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, onunla bağlı ciddi araşdırmaların başladıldığı barədə məlumatlar başqa mətləblərdən xəbər verir.

Modern.az-a sabiq nazirlə bağlı yeni məlumatlar daxil olub. Sayt yazır ki, Şəmkir rayonunda inşa edilmiş "Şəmkir Aqropark”Logistika Mərkəzi Fazil Məmmədovun korrupsiya şəbəkəsinin bir qolu olub. Qeyd edilir ki, həmin kompleksin tikintisini kurasiya edənlər Fazil Məmmədovun birbaşa yaxın adamları olan Şəmkirin hazırkı icra başçısı Alimpaşa Məmmədov və Fazil Məmmədovunmüşaviri işləmiş Qüdrət Seyfullayevdir.

İddialara görə, "Şəmkir Aqropark” kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə mənimsəmələri həyata keçirilib. Bu prosesin Fazil Məmmədovun havadarılığı altında gerçəkləşdiyi söylənilir. Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsaitin milyonlarla manatla ölçüldüyü vurğulanır.

Məlumata görə, Qüdrət Seyfullayev "Şəmkir Aqropark”ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb, yararsız məhsul kimi silinib. Məqsəd isə ayrılan pulların yeyintisini ört-basdır etmək olub. "Şəmkir Aqropark” kompleksində istehsal sahəsində baş verən bəzi hadisələrin ört-basdır edilməsində, milyonlarla manat vəsaitin sovrulmasında və mənimsənilməsində kompleksin digər rəhbər şəxslərinin də adı keçir. Bu səbəbdən də Qüdrət Seyfullayevin müavinləri işləmiş şəxslərin də mənimsəmə və israf etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi iddia olunur.  Digər məlumata görə, hazırda Şəmkir rayonunda Fazil Məmmədova görə ciddi yoxlamalar aparılır. O da bildirilir ki, Fazil Məmmədovun kurasiyasında olmuş "Snerjy Group”, "Ata Holdinq”, "XX əsr” şirkətlərini yoxlayırlar.  Hətta sabiq nazirin Şəmkir şəhər icra nümayəndəsi işləyən yeznəsinin də artıq işdən çıxarıldığı bildirilir.

"Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Şəmkir şəhər icra nümayəndəsi Çingiz  Həsənov Fazil Məmmədov işdən çıxarılmazdan əvvəl ölkədən gedib. Onun özü ilə 10 milyon manat apardığı da iddia olunur. Bildirilir ki, həmin pullar Şəmkirdə mücərrəd bir layihənin gerçəkləşməsi üçün Çingiz Həsənova ötürülüb. Büdcə vəsaiti olan həmin məbləğin nəğdləşdirilərək götürüldüyü də gələn məlumatlar sırasındadır. Həmin məbləği Ç.Həsənov konkret hesaba köçürməli olub, lakin bunu etməyib və ölkədən həmin pullarla bərabər çıxıb.

Fazil Məmmədovun "yeznəsi ölkədən 10 milyonla qaçıb"?

Bildirilir ki, hazırda Fazil Məmmədov həm də kadrlarına görə gərginlik içindədir. O hesab edir ki, işdən çıxarılmasında ətrafında olan və etimad göstərdiyi kadrların ona qarşı fəaliyyətdə olmaları əsas rol oynayıb. Vergi Nazirliyinin arxa kabinetlərində cərəyan edən gizli sövdələşmələr haqda məlumatlar hakimiyyətdəki müxtəlif çevrələrə sızıb. Böyük məbləğlərin ölkədən çıxarılması zamanı yol verilən yeyintilər haqda məlumatlar kənara çıxıb. Fazil Məmmədov hələ 2013-cü ilin sonlarında, 2014-cü ilin əvvəllərində Vergilər Nazirliyində əcinnələri müəyyən etmək üçün o dövrdə vəzifədə olan Eldar Mahmudova üz tutmuşdu. Həmin vaxt Eldar Mahmudovun xəfiyyələri Vergilər Nazirliyində çalışan hər kəsi nəzarətə götürmüş, bütün şübhələr nazirlikdə çalışan Fazil Məmmədovun qohumlarının üzərində cəmlənmişdi. Həmin günlərdən birində xəbər yayılmışdı ki, Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi Samir Qurbanov işdən çıxarılıb. Bundan qəzəblənən Samir Qurbanov nazirliyin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutmuşdu. Samir Qurbanov vergilər nazirinin müavini Namiq Əliyevin bacanağıdır. S.Qurbanovun vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin  idarəçiliyi ilə məşğul olan, "ATA-Holdinq"in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşıdır. O dövrdə belə xəbər də vardı ki,  Samir Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfər sələfi olub. S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat "paket” də (qeyri-rəsmi maaş) alırmış. Bu pul icmanın ehtiyaclarına xərclənirmiş. Bu hadisədə gizlində qalan bir ad-soyad da vardı -  Rafael Qurbanov! Nazir Fazil Məmmədovla bibioğlu-dayıoğlu kimi qan qohumu olan Rafael Qurbanov da vəhhabi olan və nazirliyi güllələyən Samir Qurbanovun doğmaca əmisi oğlu imiş.  Fazil Məmmədov hər ay vəhhabilərə 50 min manat pul ödəyirmiş. Ta ki, onun yaxın qohumu Samir Qurbanov onun özünə qarşı çıxana qədər...

Fazil Məmmədovun Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə etdiyi də bildirilir. Qeyd olunur ki, Samir Qurbanov Vergilər Nazirliyində "qoçuluq” edəndən sonra Fazil Məmmədov onu həbsə aldırılıb. Amma onu çox da həbsdə saxlaya bilməyib. Belə ki, Samir Qurbanov və qardaşı, əmisi  Fazil Məmmədovu və Binəqədinin İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu gizlinlərini ictimailəşdirməklə təhdid ediblər. Bildiriblər ki, onların iştirakı və üzərlərindən gerçəkləşdirilən maxinasiyalar haqda danışacaqlar. Həmin vaxt mətbuatda  Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlamışdı.  Bundan sonra vergilər naziri çetesi daxilində yaranan ciddi problemin sülh yolu ilə həlli istiqamətində addımlar atdı, Samir Qurbanovu həbsə yollayan Fazil Məmmədov özü onu oradan xilas etdi. Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış İdarəsinin rəisi işləmiş Samir Qurbanovun azad olunandan sonra ölkədən getdiyi haqda da xəbərlər var.  Mümkündür ki, Fazil Məmmədovla əlaqəli aparılan səssiz araşdırmaların bir elementi də bu məsələ olsun.  

Hazırda Fazil Məmmədovun qubernatorluğuna daxil olan rayonlarda - Şəmkir, Gədəbəy, Binəqədi, Yardımlıda icra hakimiyyəti başçıları da çıxılmaz durumdadır. Fazil Məmmədovun qəfil işdən çıxarılması ona arxalanıb qanunsuzluqlara qol qoyan icra başçılarının durumunu kəskin şəkildə ağırlaşdırıb. Bu gün bu rayonlardan istənilən birinə prokurorluğun yoxlama qrupu göndərilsə, çoxsaylı qanunsuzluqların müyyən olunacağı şübhəsizdir. Gədəbəydən aldığımız son məlumatlara görə, icra başçısı Ramiz Yediyarov qeyri-müəyyənlikdən istifadə edərək idarə və təşkilatlardan pul yığdırır. Başçı pulun hansı məqsəd üçün yığıldığını demir, tələsik şəkildə pul yığımı ilə bağlı tapşırığının icra olunmasını istəyir. Bu tələskənliyin nə ilə əlaqəli olmasını isə bilən yoxdur. Belə xəbərlər var ki, R.Yediyarov patronu Fazil Məmmədiov kimi qəfildən işdən çıxarılacağını ehtimal etdiyindən tələskənliyə düşüb. Bu həm də onu göstərir ki, Fazil Məmmədovun kadrları olan icra başçıları çamadan ab-havasındadırlar...

"Yeni Müsavat"

Xəbər 1201 dəfə oxunub






Oxşar xəbərlər

“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub
Qida Təhlükəsizliyi Agentliyində KÜTLƏVİ HƏBS
Sabiq vergilər naziri Reanimasiyadadır
Böyük Britaniyada 10 nazir istefa verə bilər
Eldar Əzizova yazılan ŞİKAYƏT Qusara qayıtdı AMMA - "Şair Alxasov düşmən, ev yıxan, qəddar adamdır" - Şikayət
Ekologiya nazirliyinin səlahiyyətləri artırıldı
Türkiyə Bransonu verib, nə aldı? – Hərb başlayır
Ad günü şənliyində atışma: ölənlər var
ABŞ və Türkiyə yeni dönəmə başlayır - İsrail KİV
PKK-da qorxunc olaylar: qadın terrorçu silahı...
Gəncədə icra başçısının müavini vətəndaşları döydü – VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11643] initstartout [0.00018] initstartin [0.00079] calstart [0.00936] calend [0.00052] topnewsend [0.00439] rsssend [0.00000] ehgend [0.00674] tagsstart [0.00058] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09382]