Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:59 - 21.07.2018  
“Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”
Tarix: 17-10-2017, 09:02 | Bölmə: Xəbərlər » Ölkə içi

Bu gün MTN hadisələrinin iki ili tamam olur; İlham İsmayıl: "Onlar öz məqsədlərinə də çatdılar”

“Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən və ardınca MTN-də (artıq ləğv edilib) baş verənlərdən - həbslərə, təmizləmələrə başlanılmasından iki il ötür. Bu müddət ərzində ölkəmizin təhlükəsizlik strukturunda çox ciddi dəyişikliklər oldu. MTN işi ilə bağlı məhkəmələr hələ davam edir, generallar mühakimə olunur, eyni zamanda müzakirələr də bitmir.  Buna səbəb də həmin hadisələrlə bağlı çoxsaylı müəmmaların, ziddiyyətli məqamların olmasıdır. 

MTN-ə 11 il rəhbərlik edən Eldar Mahmudovun hələ də həbs edilməməsi bir müəmma olaraq qalır.

“Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”

 

 

 

 

 

 

 


Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son iki ili bu cür dəyərləndirdi: "MTN-in ləğv olunub Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması çox yaxşı hal oldu. Azərbaycanın perspektivi, dünya ilə əlaqələri genişləndikcə kəşfiyyatın ayrı bir struktur olması vacibdir. Bu mənada kəşfiyyatın ayrılması çox yaxşı idi. Yeni rəhbərlik istər Mədət Quliyevin, istərsə də müavinləri və köməkçilərinin simasında olsun, faktiki olaraq sıfırdan başladılar. Nə mənada sıfırdan başladılar? 11 il üç aylıq orada hökm sürmüş - təxminən milis səviyyəsinə endirilmiş bir xüsusi xidmət orqanını yenidən dirçəltmək istər kadr, istərsə də, peşəkarlıq nöqteyi-nəzərindən çox çətindir. Amma bu istiqamətdə yeni rəhbərlik həqiqətən o işləri görür. Ən azı bilirik ki, əvvəlki kimi bir biznesmen qışqırmır ki, məndən kimlərsə pullar aldılar, ən azı xüsusi xidmət orqanının əli ilə. Xalqda inam yaratmaq lazımdır. Təbii ki, əsas istiqamət dövlətin təhlükəsizliyi olmalıdır. Bu istiqamətdə hansı tapşırıqlar varsa, onu yerinə yetirmək lazımdır. Terrorun qarşısını almaq da əsas vəzifəmiz olmalıdır. Bizim ətrafımızda, Yaxın Şərqdə terror tüğyan edir. Son iki ildə terrorçulara qarşı mübarizə çox yüksək səviyyədə gedib. Bəzi terror cəhdlərinin qarşısı alınıb, bəzi terrorçular öldürülüb. Bizə ən böyük təhlükə olacaq İŞİD-lə bağlı əməliyyatlar şəraitinə nəzarət edilir. Mədət Quliyev açıqlama verdi ki, 900 terrorçu var, onlardan 300-ü ölüb, 195-i vətəndaşlıqdan çıxarılıb. Bütün bunlar onu göstərir ki, əməliyyat şəraitinə kifayət qədər nəzarət olunur, informasiya mənbələrimiz var, informasiya mübadiləsi digər dövlətlərlə yaxşıdır. Amma yenə deyirəm ki, sıfırdan başlayıb bunları peşəkar xüsusi xidmət orqanı səviyyəsinə çatdırmaq çətindir. Qarşıda hələ illər var. Arzu edək ki, bizim üçün hər şey yaxşı olsun. Azərbaycanın son iki ili əvvəlki 11 ildən çox-çox yaxşıdır”.

Təhlükəsizlik eksperti E.Mahmudovun həbs olunmamasına da toxundu: "Nəinki cəzalar, prosesin özü böyük narazılıq doğurur. İstintaqın özü, məsuliyyətə cəlb olunanların kifayət qədər olmaması, sona qədər cinayətin açılmaması, mütəşəkkil dəstənin üzvlərinin sona qədər açıqlanmaması, kimlərinsə kənarda qalması, kimlərinsə hələ də meydan sulaması çox böyük narazılıq doğuran səbəblərdir. Bunlar heç bir halda qənaətbəxş sayıla bilməz. Eldar Mahmudovun və istintaq idarəsinin rəisinin kənarda qalması tamamilə düzgün deyil. İttiham olunanlar ittiham tərəfini üzərlərinə çox gəlməkdə qınayır. Amma onlar demək istəyirlər ki, ”siz bilirsiniz yazılmamış qanunları, onun üçün də üzərimizə çox gəlməyə ixtiyarınız yoxdur". Yadınızdadırsa, Akif Çovdarov müstəntiqə demişdi ki, səndən böyüyə zəng vurub deyiblər. Mövcud vəziyyət bundan ibarətdir. Ona görə burada heç bir qənaətbəxş iş yoxdur. Ən çox narazılıq edən zərərçəkənlərdir. Onlar konkret olaraq kimlərinsə cəzalandırılmasını tələb edirlər. Çünki onlar dəqiq bilirlər ki, kim istəyib, nə qədər, özü də kimin adından. İşlər təəssüflər olsun ki, məhkəmədə də yarımçıq şəkildə həyata keçirilir. Bu proseslərdə kölgə istintaq və məhkəmənin üzərinə düşür. Bunlar Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətinə kölgə sala bilməz. Artıq onların bu qurumda nə təsirləri, nə də adamları var. Eldar Mahmudovun və digərlərinin layiqli cəzalanmaması səbəbindən insanlarda belə fikir formalaşacaq ki, demək, çapıb-talamaq olar, çünki cəza almaya bilərsən. Bu mənada Eldar Mahmudovun azadlıqda olmasının çox mənfi rolu var. Həbs edilən Akif Çovdarov, Səlim Məmmədov kimi şəxslərin məhkəmədə dediklərində ziddiyyətlər yox idi. Onlar, sadəcə, indiyəqədərki məhkəmələrinin bəzilərində söz atırlar ki, bizə qarşı tətbiq etdiyiniz cəza ağır olarsa, bizimlə "düzgün rəftar” edilməsə, biz çox şeyləri aça bilərik. Dəfələrlə bu hədələr olub, Akif Çovdarov, Səlim Məmmədov və Elçin Quliyev tərəfindən. Mənə elə gəlir ki, onlar öz məqsədlərinə də çatdılar. Onlara verilən, istənilən cəzalar olduqca zəifdir, çox yumşaqdır. Onların bu mesajları çox danışa biləcəklərini də sübut etdi. Özü də dedikləri çox açıq mesajlar idi. Eldar Mahmudovun üzərindəki həbs təhlükəsi hələ də sovuşmayıb, amma bu təhlükə yüksək səviyyədə deyil. Təhlükə hələ o həddə çatmayıb ki, o, hər gün həbs olunacağı zamanı gözləsin. Hər şeyi zaman göstərəcək".

Xəbər 1331 dəfə oxunub






Oxşar xəbərlər

Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10976] initstartout [0.00014] initstartin [0.00055] calstart [0.00730] calend [0.00040] topnewsend [0.00367] rsssend [0.00000] ehgend [0.00535] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09181]