Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:47 - 18.03.2019  
Aqil Abbas: “Amerikalı həmsədri buradan qovmaq lazımdır”
Tarix: 11-01-2019, 10:52 | Bölmə: Xəbərlər » Müsahibə

Qondarma rejimin "Artsax TV” adlı telekanalının yayıma başlaması sərt reaksiya doğurdu; Bakının təcili hərəkətə keçməsinə çağırış edildi

Aqil Abbas: “Amerikalı həmsədri buradan qovmaq lazımdır”60 dərəcə şərq uzunluğunda yayım həyata keçirən "İntelsat 33" peyki Dağlıq Qarabağdakı qondarma rejimin ”Artsax TV" adlı telekanalını yayımlamağa başlayıb. Erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.

"İntelsat  33" peyk operatoru 2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

Beynəlxalq telekommunikasiya nəhəngi "İntelsat” 50 süni peyki idarə edir və mənzil-qərargahı ABŞ-da, habelə Lüksemburqda yerləşir. "İntelsat 33" peyki Amerikanın ”Boeing" korporasiya tərəfindən istehsal edilib. Belə görünür, rəsmi Bakı Qarabağ ermənilərinin telekanalının ABŞ peyki ilə yayımlanmasına qarşı təcili hərəkətə keçməlidir və diplomatik kanallarla müvafiq addımlar atılmalıdır.

Deputat Aqil Abbas "Yeni Müsavat”a bildirdi ki, bu məsələnin qarşısının alınması yollarını hüquqşünaslar daha yaxşı bilər: "Ancaq Azərbaycana sülənməyə gələn, yeyib-içib gedən ATƏT-in amerikalı həmsədrini  buradan qovmaq lazımdır. Ona demək lazımdır ki, get peyk yayımını dayandır, gələrsən”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanlılarının Qarabağ İcmasına yeni sədri seçilən Tural Gəncəliyev bu posta layiqdir və tezliklə "Qarabağ TV” açılmalıdır. "Qarabağ icmasının telekanalı olmalıdır. Niyə Şuşa, niyə Qarabağ televiziyalarımız yoxdur? Gündə bir küçə telekanalı açılır, arvad-uşaq davalarından, tamadaların mənasız çıxışlarından boğaza yığılmışıq. Ermənilərin qabağına daha güclü informasiya platforması ilə çıxmaq lazımdır”, - deyə o, əlavə elədi.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də erməni kanalının açılmasını yolverilməz saydı: "Bu cür insidentlər olub. Ermənilər telekommunikasiya xidmətləri üçün zaman-zaman addımlar atıblar, bəzən uğur da qazanıblar. Bu hadisənin baş verməsi aidiyyəti qurumların zəif fəaliyyətinin nəticəsidir. Çünki ermənilər həmişə bu sahədə çalışırlar”.

O.Gündüz hesab edir ki, bizim qurumlar qabaqcadan hazır olmalı, məsələni kontrolda saxlamalı idı, nəinki qarşısının alınması üçün addımlar atılmalıdır. "Çünki buna hazırlıq gedirdi və bir günə əmələ gələn proses deyildi. O halda telekanalın fəaliyyətinin qarşısını almaq asan olardı, nəinki fəaliyyətə başlayandan sonra. İndi daha çox resurs xərcləməliyik. Ermənilərə belə böyük platforma şəraiti vermək onlar üçün nəhəng üstünlükdür”.

Ekspert "Artsax TV”-nin yayımının hansı prosedurla məhdudlaşdırılması üçün dünyada oturuşmuş mexanizmin olduğunu bildirdi: "Bunun qaydaları, konvensiyaları var. Bizim də öz peykimiz var və ”Azərkosmos" müstəqildir. Xarici İşlər Nazirliyi və "Azərkosmos” bu məsələyə qoşulmalıdır. Xatırlayıram ki, İran əleyhimizə kanallar yayanda "Azərkosmos” Afrika ölkələrində İran əleyhinə kanallar yaya biləcəyini söyləmişdi. Ona görə aidiyyəti qurumlar hərəkətə keçməlidir".

Xəbər 749 dəfə oxunub






Oxşar xəbərlər

Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ
944 nəfər ÖLÜB-DİRİLDİ: Ölümdən sonra həyat varmış
Əfv olunan siyasi məhbuslar - Tam SİYAHI
“Azərişıq” ASC işıqlı Novruz vəd edir
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRƏNCAM
Terrorun varlığı da, qibləgahı da şeytandır
Prezident əfv sərəncamı imzalayıb - TAM SİYAHI
ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi - elmi-praktiki konfransı keçirilib
Melioratorlara inandırıcı ittiham: - “Kim pul verir, onun əkin sahəsinə su buraxırlar”
“Oqtay Əsədov spikerdir deyə, ailəsi acından ölməlidir?” - Deputat
Zidandan "Real"ın futbolçularına sərt xəbərdarlıq
Əziz Əliyevin təhsil almasına Hacı Zeynalabidin Tağıyev necə kömək edib ?
Eldar Əzizov Abdin Fərzəliyevin "xətrinə dəyib" - İCLASDA
Vidadi Zeynalov azadlığa buraxıldı
Tahir Kərimli: “Nəsiminin nəşi Azərbaycana gətirilsin”
Köçəryanın həbs müddəti uzadıldı
VII Qlobal Bakı Forumu başladı - prezidentin dünyaya mesajları
İrəvanın Qarabağla bağlı “dəvəquşu” siyasəti
Brexit təxirə salınıb
Moskva vilayətində erməni iş adamı qətlə yetirildi
Evinin sənədi olmayanlara xoş xəbər
“Leş mafiyası”na daha bir ittiham
İlham Əliyev Moldova Prezidenti ilə görüşüb
Qoy, Azərbaycanda bilsinlər ki... - Nisanovdan ismarış
Beyləqanın icra başçısı vətəndaşların qəbul gününü "boykot" edib
Səfər Əbiyev illər sonra göründü – Fotolar
Azərbaycan öz antivirus sistemini təqdim edəcək
Xarici yumurtalar “yerli” adı ilə əhaliyə satılır
Hüquq müdafiəçiləri Fuad Ələsgərovla görüşdülər
Kamil Zeynallının həbs müddəti bəlli oldu
Zamirə Hacıyevanın izahat üçün vaxtı daralır
Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib
Hafiz Hacıyev canlı yayında ayaqqabısını çıxardı - VİDEO
Beyləqanın sabiq deputatı sakinlərin torpağını "işğal" edib - İttiham
ADAU daha bir nominasiyanın sahibi oldu
Jurnalistdən sərt TƏLƏB: "Məhkumları müxtəlif xəstəliklərdən qorumalısınız..."
"Gənc Aqronomlar Məktəbi" layihəsi start götürüb
Türkiyədə hərəkat başladı: Ordu Xankəndini vursun!
Kəmaləddin Heydərovun daha bir şirkəti ləğv olunur
İsrail hərbçisi müsəlmanları təhqir etdi
Azərbaycanlı milyarder Putinin qəzəbinə tuş gəldi
ATƏT sədri bu gün İrəvana səfər edəcək
“Kia” Çindəki zavodunun fəaliyyətini dayandırır
2020-ci ildə Tolioda keçiriləcək Olimpiya Oyunlarına 500 gün qalıb
Bu gün Yel çərşənbəsidir
Sərxoş azərbaycanlı təyyarədə çətin anlar yaşatdı
"AXH" və "AXCP" birləşmək istəyir? - Amma, Qurban Məmmədov AXH-dən getsin!
Bakıda tezliklə yeni rayon yaradılacaq
BDU-ya yeni rektor gəldi - SƏRƏNCAM

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11079] initstartout [0.00013] initstartin [0.00054] calstart [0.00752] calend [0.00041] topnewsend [0.00299] rsssend [0.00000] ehgend [0.00995] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08876]