Musa Quliyev: “30 ildir ki, o torpaqlarda azan səsi eşidilmir”

  • 30 okt 2018, 13:06

"Bu il Ermənistan Respublikası adlanan qədim Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların sonuncu deportasiyaasının 30 ili tamam olur. 250 minə yaxın soydaşımız Ermənistan hökumətinin dəstəyi ilə daşnaklar tərəfindən soyqırıma məruz qaldılar. 30 ildir ki, o torpaqlarda azan səsi, "Allahu-Əkbər” nidası eşidilmir”.

Bu fikirləri deputat Musa Quliyev Milli Məclisin iclasındakı çıxışı zamanı söylədi.

Deputat bu məsələ ilə bağlı konkret təklif verdi: "Təklif edirəm ki, dekabr ayında Milli Məclis bu məsələ ilə bağlı ictimai dinləmələr keçirsin. Soyqırım və deportasiyaya tarixi qiymət verilib. Amma geniş müzakirələr keçirilsin və bəyanat qəbul olunsun”.

Oxşar xəbərlər