"BÜTÜN SİYASİ MƏHBUSLAR AZAD OLUNSUN" - təklif

  • 01 fev 2018, 16:13

Milli Məclisin deputatı Siyavuş Novruzov amnistiya aktının qəbul olunmasını təklif etdi.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 2018-ci il yaz sessiyasının ilk plenar iclasında deyib.

S.Novruzov Heydər Əliyevin 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXCP) 100 illiyi münasibətilə "Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.

Deputat qeyd edib ki, cənab prezident İlham Əliyev bunu öz üzərinə götürsün və Milli Məclis bu haqda qanun layihəsi qəbul etsin.

S.Novruzov onu da əlavə edib ki, bütün siyasi məhbuslar azad olunsun və beynəlxalq təşkilatların narazılığına son qoyulsun.

Oxşar xəbərlər