Tünzalə Ağayeva özünə ad günü keçirdi

  • 20 okt 2017, 11:49

Əməkdar artist Tünzalə Ağayeva özünə fərqli ad günü keçirib. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində baş tutan gecədə ifaçı həm mini konsert verib, həm də "Bağışla” adlı yeni klipini təqdim edib. Müğənni özəl günündə sevilən mahnıları ilə yanaşı, repertuarına yeni daxil etdiyi bəstələri də oxuyub.

 

Qeyd edək ki, T.Ağayevanın ad gününə millət vəkili Qənirə Paşayeva, modelyer Gülnarə Xəlilova, aktyorlar Firdovsi Atakişiyev, Cabir İmanov, aparıcılar Hacı Nuran, Afaq Gəncəli və digər tanınmışlar iştirak edib.

 

Oxşar xəbərlər