Qənirə Paşayeva Türkiyədə konfrans keçirib

  • 17 okt 2017, 14:27

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türkiyədə "Ortadoğuda Türklüyün sıcak gündemi” adlı konfrans keçirib. Lent.az-ın məlumatına görə, Türk Dünyası Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə və qurumun Turan Kültür Merkezi Süleymaniye Kürsüsü 2017-2018-ci il fəaliyyətləri çərçivəsində keçirilən konfransda ziyalılar, KİV nümayəndələri, ictimai fəallar iştirak edib.

 

Millət vəkili İraq və Suriya türklərinin 20-ci əsrdən başlayaraq yaşadığı zülmlər, onlara qarşı törədilmiş dəhşətli qətliamlar, bu insanların məhz türk olduğu üçün bu əziyyətləri yaşaması və onun səbəbləri, bugünkü ağır vəziyyətləri, bölgə üzərində oynanan böyük oyunların onlara vurduğu böyük zərərlərlə bağlı geniş çıxış edib.

 

Q. Paşayeva Dəfələrlə İraqda Türkmənlərin yaşadığı Kərkükdə, Təlafərdə, Mosulda, Duzxurmatıda, Suriyada Türkmənlərin yaşadığı Bayırbucaq, Türkməndağında olduğunu və hər şeyi gözləri ilə gördüyünü, sıx-sıx İraq və Suriyadan zorla köçmən salınmış və köçkün kimi  Türkiyədə yaşayan türkmənlərlə görüşdüyünü deyib. 

 

Beynəlxalq təşkilatların onlara qarşı münasibətdə ikili standartlardan yanaşdığını deyən Q.Paşayeva bir neçə gün əvvəl bu məsələni AŞPA-da da səsləndirdiyini qeyd edib: "Təssüf ki, beynəlxalq təşkilatlar dəstək göstərməkdə maraqlı deyillər. Bunları görərək İraq və Suriyada yaşayan qardaş-bacılarımızın haqlarının müdafiəsi, onlara dəstək göstərilməsində bütün Türk dövlət və toplumları fəal olmalıdır".

 

Demokratik.Az

Oxşar xəbərlər