Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:33 - 19.09.2019  
Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa kimə dəstək?!
Tarix: 31-08-2019, 19:45 | Bölmə: Xəbərlər » Maraqlı

Azərbaycanda ciddi islahatlara ehtiyacı olan qurumlardan biri də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur (KİVDF). Bu haqda uzun illərdir yazılır. Yəni, yarandığı gündən indiyə qədər bu qurum mətbuatın inkişafı naminə heç bir uğurlu addım atmayıb, əksinə, mənasız, tərəfli müsabiqələr, tədbirlər keçirməklə fəaliyyətini "yola verməyə” çalışıb. Hətta, bu "yola vermə” o həddə çatıb ki, özünün heç bir proqressiv addımı olmayan bu qurum zaman-zaman ölkə başçısının, mediaya birbaşa aidiyyəti olan şəxs və qurumların gördüyü işləri də öz uğurları kimi təqdim etməyə çalışır.

Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa kimə dəstək?!Ölkə başçısının mediaya diqqəti, imkansız jurnalistlərin mənzil probleminin həlli ilə bağlı son illərdə gördüyü işləri də KİVDF adlı bu qurum özünün "qəhrəmanlığı” və fəaliyyəti kimi qabardır. Nəticə isə göz qabağındadır: hətta Prezidentin apardığı bu uğurlu islahatları, gördüyü işləri öz maraqlarına uyğun icra etməklə narazılıq müstəvisi yaradıblar. Soruşan da yoxdur ki, axı bu vəsaitlər sizin şəxsi malınız-mülkünüz deyil, ölkə başçısının qayğısıdır... 

Əcəba, düşünmürlərmi niyə son bir neçə ildə ölkənin bir çox tanınmış media nümayəndələri, ictimai xadimləri, deputatlar artıq dilə gəliblər, mediada islahatların vacibliyini vurğulayırlar? Düşünürlər, amma bu onların merkantil maraqlarına ziddir.
Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa kimə dəstək?!
Hər kəs anlayır ki, bütün dünyada olduğu kimi hər bir dövlətin media siyasəti var. Amma kimlərsə dövlətin media siyasətinə öz bacarıqsızlığı, şəxsi ambisiyaları və maddi maraqları ilə kölgə salmağa çalışır. Ömründə əli qələm tutmayanların mediaya hakimi-mütləq kəsilməsi durumu bu qədər acınacaqlı vəziyyət yaradıb. Nədir bunların iş fəaliyyəti ? Özlərinə yaxın şəxsləri, heç bir sosial bazası, oxucu kütləsi olmayan media quruluşlarını, jurnalistləri önə çəkmək. Onların fəaliyyətinə irad bildirənlər isə məqsədli və düşünülmüş şəkildə "asi” elan edilərək, tədbirlərdən, dövlət əhəmiyyətli toplantılardan təcrid olunurlar. 

Təsadüfi deyil ki, bir müddət öncə millət vəkilləri - Vahid Əhmədov və Fəzail İbrahimli mediada monopoliyanın olduğunu deyirdilər. Şübhəsiz ki, millət vəkillərinin bu narahatlığı əsassız deyildi. Çünki mətbuata banan, kişmiş, kartof biznesi kimi baxanlar bu monopoliyanı gerçəkləşdirməklə yüzlərlə jurnalistin iztirabları üzərində özlərinə "mətbuat malikanəsi” yaradıblar.

Deputat Vahid Əhmədovun çıxışından bir epizoda diqqət edək: "KİVDF və digər bu kimi media təşkilatlarının fəaliyyətinə dərindən baxmaq lazımdır ki, bu qurumlar özünü doğrulda bilib, yoxsa bilməyib. Bunu media sahəsində çalışan insanlar çox gözəl bilirlər. Mənim bildiyim məlumata görə, KİVDF-nin fəaliyyəti ilə bağlı jurnalistlər çox ciddi problemlərlə üzləşiblər. KİVDF-nin ədalətsiz fəaliyyətindən narazı qalan jurnalistlərimiz var. Bu problemi ümumi konteksdə həll etmək lazımdır. Yəni, Azərbaycanda aparılan dərin islahatlar konteksində KİVDF-nin də fəaliyyətinə də baxmaq lazımdır. Bu sahədə mövcud olan monopoliya aradan qaldırılmalıdır”.

Belə pozitiv islahatların keçirilməsində maraqlı olan şəxsləri "Səs-səsə” verib neqativ "Mövqe" ilə yükləyənlərin məqsədi aydındır. Məşhur atalar misalında olduğunu kimi, bunu el də bilir, oba da...

Mətbuatı dövlətdən küsdürməyə yönəlik bu addımları atanların, jurnalistləri "asi” elan etməyə məqam gözləyənlərin məqsədi təbii ki, dövləti deyil, özünü qorumağa hesablanıb. Onlar sanki mətbuata "Troya atı” içərisində sızdırılıblar. Ona görə sızdırılıblar ki, daxildə narazılıq yaratsınlar, mətbuatın parlaq, işıqlı, dövlətinə və dövlətçiliyə bağlı insanlarını küsdürsünlər. 
Fəaliyyətləri o qədər şəffaf deyil ki, istənilən "islahat” sözü də canlarına birə kimi düşür, qan çıxana qədər qaşındırır...

Onların bu yarıtmaz fəaliyyətlərindən sonra indi vəziyyət o həddə çatıb ki, artıq bir çox media nümayəndələri, ölkənin işıqlı gələcəyi üçün çalışanlar dövlətin media siyasətini məhz Azərbaycanı humanitar sahədə böyük uğurlara çatdırmış Birinci Vitse-prezidentin səlahiyyətləri çərçivəsində görmək istəyirlər. Yanlış anlamayın, burada mediaya nəzarətdən qətiyyən söhbət getmir. Media ictimai nəzarət mexanizmidir, müstəqildir. Burada söhbət dövlətin media siyasətindən gedir. Necə ki, dünyanın hər yerində hər bir dövlətin özünün media siyasəti var: Avropada da, lap elə uzaq Amerikada da... 

Bəli, islahatdan qorxurlar, o üzdən də əllərində saxladıqları media və "muzdlu mirzə”lər vasitəsilə ictimai rəyə kin saçırlar. Amma bir şeyi unudurlar: hesab varsa, kitab da var. Ədalət gec də olsa, yerini tapır. Bir gün ölkə başçısının mediaya ayırdığı milyonların "hesab-kitab günü” gələcək. O zaman çox "media xanədanlığı” çökəcək və elə atında da özləri qalacaq. Gözlərini "sahil”ə diksələr də, "xilas gəmisi” gəlməyəcək...


Vasif Həsənli,
Demokrat.az 
Xəbər 854 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.50776] initstartout [0.00023] initstartin [0.00182] calstart [0.05220] calend [0.00074] topnewsend [0.01731] rsssend [0.00000] ehgend [0.01443] tagsstart [0.00093] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.42003]