Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:57 - 23.07.2019  
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Tarix: 17-04-2019, 09:52 | Bölmə: Xəbərlər » Maraqlı

Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdiMilli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı İlham Məmmədov Türkiyədə yaşayan iş adamı, "Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Məsimovun SOCAR şirkəti və onun rəhbərliyi haqqında səsləndirdiyi ittihamlara cavab verib. 
 
 
Deputat Demokrat.az-a açıqlamasında Mübariz Mənsimovu sözügedən fikirlərinə görə qınayıb:
 
"SOCAR Azərbaycan dövlətinə məxsus olan şirkətdir. Onun fəaliyyəti isə dövlətimizin və xalqımızın mənafeyinə uyğundur. Azərbaycan müstəqillik qazandıqdan sonra bu şirkət Azərbaycanın sosial-iqtisadi həyatında böyük rola malik olub. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olandan sonra SOCAR dünyanın nüfuzlu şirkətləri ilə rəqabət şəraitində əhəmiyyətli yer tutub. Bu gün də SOCAR şirkəti və onun rəhbərliyi sağlam və dünya standartlarına cavab verən fəaliyyəti ilə tanınır. Azərbaycanın iqtisadi inkişafında və müstəqil dövlət kimi dünyada tanıdılmasında SOCAR əhəmiyyətli rola malikdir. Eyni zamanda SOCAR Azərbaycanda minlərlə insana yüksək məvacibli iş yerləri yaradıb. Bu, gələcəkdə də davam edəcək. Şübhəsiz ki, bütün bunlar cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub. Bu qədər görülən işlərə indi kimlərinsə kölgə salmaq cəhdləri başa düşülən deyil. Biz Azərbaycan dövlətinə qarşı olan bu cür hərəkətləri qətiyyətlə qınayırıq, həmin şəxsləri bu cür əməllərdən vaz keçməyə çağırırıq. Əgər xaricdən Azərbaycan şirkətinə və məmurlarına qarşı hər hansı xoşagəlməz addımlar atılırsa, bu yolverilməzdir. Biz bunu pisləməliyik. Çünki SOCAR-a qarşı aparılan qarayaxma kampaniyası "erməni dəyirmanına su tökmək” kimi bir işdir”.
 
İlham Məmmədov iş adamı Mübariz Mənsimovun bu cür çıxışlarını Azərbaycan dövlətinin imicinə ləkə vurmaq cəhdləri kimi qiymətləndirib:
 
"Bu gün bəzi adamların qulaqlarına səs gəlib, xaricdə oturub bir imic qazanmaq üçün "mən də varam” prinsipi ilə hərəkət etməyə çalışırlar. Onlar özlərini xalqın təssübkeşi, "yaxşı oğlan” kimi göstərmək istəyirlər. Özlərini guya xalqın problemlərinə ürəyi yanan kimi təqdim edirlər. Biz bu cür halları sosial şəbəkələrdə "qəhrəmanlıq” edənlərin timsalında çox görürük. Mübariz Mənsimov Azərbaycanın hesabına böyük iş adamına çevrilib. O, Azərbaycanda hörmət qazanıb, biznesini burada qurub, genişləndirib. O, hara getsə, bu dövləti təmsil etməlidir, azərbaycanlı olduğunu unutmamalıdır. Yəni, kimin bu gün "qəhrəman” obrazı yaratmaq tendensiyası artıq geridə qalıb. Bu gün müstəqil Azərbaycan dövləti var. Ona görə də şəxsi maraqları dövlət maraqlarına qurban vermək olmaz. Ümummilli dövlət mənafeyi var. Bu nöqteyi-nəzərdən çıxış etmək lazımdır”.
 
Deputat Mübariz Mənsimovla hər hansı münasibətinin olmadığını da söyləyib:
 
"Mən heç zaman onunla təmasda olmamışam. Türkiyəyə dövlət xətti ilə səfərlər edəndə də onunla münasibətim olmur. Bunu arzu etməmişəm də!”.
Xəbər 1253 dəfə oxunub






Oxşar xəbərlər

Abşeronun "kraliça"sı gender bərabərliyini pozur?
GDU-nun elmi katibi rektorla Cehun Bayramovu üz-üzə qoydu - QALMAQAL
Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu 7 aydır ki, boşdur?
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir
Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12605] initstartout [0.00014] initstartin [0.00086] calstart [0.01007] calend [0.00057] topnewsend [0.00424] rsssend [0.00000] ehgend [0.00721] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10246]