Hitlerin gizli xəzinəsi tapıldı: 28 ton qızıl və daha nələr…

  • 09 mart 2019, 19:11
Almaniyada 3-cü Reyxin xəzinəsini göstərən qeydlər olan gündəlik tapılıb. Bütün bu müddət ərzində gündəlik Kvedlinburq şəhərindəki mason lojasında saxlanılıb.

Söhbət nasist zabiti Eqon Ollenhauerin qeydlərindən gedir. Müəllif yazır ki, Hitler 260 yük maşınının daşıdığı xəzinəni Polşadakı 11 müxtəlif yerdə basdırmağa əmr edib. Ollenhauer həmin əməliyyatların əsas iştirakçısı olub. Gündəlikdə göstərilən gizli yerlərdən birində (Vroçslav, Polşa) 28 ton qızıl olduğu iddia edilir. Başqa bir yerdə isə məşhur rəssamların 47 rəsm əsərinin saxlanılması yazılıb. Onların arasında Bottiçelli, Rubens, Karavaco, Mone, Rafael və Rembrant da var.

Başqa bir gizli saxlancda isə dini xarakterli qiymətli əşyalar var. Bunlar nasistlərin irqi nəzəriyyəsini sübut məqsədilə saxlanılırdı.

"Schlesische Brücke” fondundan Roman Furmanyakın sözlərinə görə, mason lojasıyla gündəliyi əldə etmək məqsədilə on ildən çox danışıqlar aparılıb. Danışıqların belə uzun çəkməsinin səbəbi o olub ki, loja həmin gündəliklə bağlı olan insanların hələ də sağ olmasını əsas gətirib. Sonuncu şəxs öldükdən sonra isə tərəflər razılığa gəliblər.

Oxşar xəbərlər