Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:32 - 23.08.2019  
Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?
Tarix: 9-02-2019, 09:46 | Bölmə: Xəbərlər » Maraqlı

Salvadorda fələstinli daha bir solçunun prezident seçilməsi bəşəriyyətdə yeni sosializm dalğasının başlandığı iddialarını artırır; Sərdar Cəlaloğlu: "Skandinaviya ölkələrində kasıbların hakimiyyəti deyil”

Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?

 

Salvadorda fələstinli Nayib Bukele prezident seçilib. 37 yaşlı Bukele 2012-ci ildə Nuevo-Kuskatlan bələdiyyəsindən mer seçilib. 2015-ci ildə San-Salvadorun meri vəzifəsini daşıyıb.

O, Farabundo Marti adına Milli Azadlıq Cəbhəsinin namizədi olub. Bu təşkilatın adı 1932-ci ildə qətlə yetirilmiş salvadorlu kommunist Farabundo Martinin adına bağlıdır.

Bu partizan təşkilatının nümayəndəsi, keçmiş telejurnalist Maurisio Funes 2009-cu ildən bəri Salvadorun prezidenti idi. O, rəqibi olan polis şefi - Rodriqo Avilanın seçkidə dizlərini yerə qoymuşdu.

1992-ci ildən bu təşkilata fələstinli Şəfik Xandal rəhbərlik etmişdi. İndi təşkilatın daha bir fələstinli üzvü - Bukelenin prezident seçilməsi təsadüfi hesab olunmur.

Hətta 2004-cü ilin prezident seçkilərində Ş.Xandal səslərin 36 faizini alaraq ikinci olmuşdu. Nəhayət, 2009-cu ildə 49 yaşlı Maurisio Funes prezident seçilir. Bu sol ideologiyanın Latın Amerikasında zəfərlərindən biri kimi də dəyərləndirilir.

Ancaq Salvador L.Amerikasında ilk sol hakimiyyət olan ölkə deyil. Venesuelada Nikolas Maduro, Boliviyada Evo Morales solçu liderlərdir. Eyni zamanda Ekvadorda və Çilidə hakimiyyətdə sosialistlərdir.

Kubada solçu inqilabçıların hakimiyyətdə olduğunu bilməyən yoxdur - Raul Kastro prezidentdir. Nikaraquada isə sandinistlər iqtidara qayıdıblar. Uruqvayda da solçu prezidentdir.

Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?

 

Nayib Bukele

Paraqvayda sol ideologiyaya meyilli Fernando Luqo 2012-də devrilib. Braziliya və Argentinada isə sol partiyalar seçkilərdə uduzublar.

Avropaya gəlincə, Portuqaliyada 1986-cı ildən bəri iki partiya hakimiyyətdə bir-birini əvəzləyir: sosialist partiyası və sosial-demokrat partiyası...

Sosial-demokratların ənənəvi güclü olduğu coğrafiya əsasən Skandinaviyadır. Danimarka, İsveç, İslandiya, Norveçdə sosial-demokratiya üstün görünür.

Asiya qitəsinə gəlincə, Çin, Vyetnam, Laos, Nepalda kommunist hakimiyyətləridir. Afrikada isə Anqola solçuların hakimiyyətdə olduğu dövlətdir.

Almaniyada da sosial-demokratlar parlamentdə mühüm mövqe tuturlar. Fransadakı "sarı jiletlilər” hərəkatında oraq-çəkic olan kommunizm bayraqlarının Parisdə küçələrdə qaldırılması Avropanın bu dövlətində də sol ruhun gücünü nümayiş etdirdi.

Bununla demək olmaz ki, kapitalizm dünyasının yarısında sosialistlər hakimiyyətdədir. Çünki onların əksəriyyətinin sadəcə adı sosialistdir, özləri siyasətlərində neliberallardan geri qalmırlar.

Sadəcə, son illərdə Qərb ölkələrinə miqrant axını millətçiliyin alovlanmasına, seçkilərdə sağçı partiyaların daha çox səs almasına gətirib çıxardı. Çünki onlar miqrantlara qarşı sərt tədbirlər görülməsi, onların ölkədən çıxarılması təşəbbüsü ilə çıxış edirlər.

Sovet İttifaqının süqutundan sonra hakimiyyətə yeganə olaraq Moldova kommunistləri müvəffəq olublar. 2001-ci ildə hakim partiya seçilən Kommunist Partiyası 2009-cu ilə qədər iqtidarda olub.

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat”a dedi ki, Salvador kimi geridəqalmış ölkələrlə Skandinaviya dövlətlərindəki sosializm fərqlidir.

ADP sədrinin fikrincə, Skandinaviya ölkələrində kasıbların hakimiyyəti deyil: "Kommunist ideologiyası ilə dövlət idarə etməklə sosial dövlət anlayışı ayrı-ayrıdır. Bu gün solçuluq dünyada siz deyən qədər geniş yayılmış ideologiya deyil.

Əsrin əvvəllərində sosialistlər dünyada hegemon idilər, Sosintern var idi. Sosial ədaləti Skandinaviya dövlətləri prioritet hesab edirlər, ideologiya kimi qəbul etmirlər.

Kasıb ölkələrdə sosial dövlət yaratmaq olmur, sosialist dövləti resursu böyük dövlətlərdə qurulur. Azərbaycan isə sol ideyanın hakim olduğu dövlətdən çıxıb, indi onların yenidən iqtidara gəlmək şansları yoxdur".

Emil SALAMOĞLU,
"Yeni Müsavat”

Xəbər 883 dəfə oxunub






Oxşar xəbərlər

Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12439] initstartout [0.00012] initstartin [0.00058] calstart [0.00760] calend [0.00060] topnewsend [0.00324] rsssend [0.00000] ehgend [0.01213] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09962]