Dünyanın ən nəhəng təyyarəsi ilk uçuşa hazırlanır

  • 04 fev 2019, 08:36

Dünyanın ən böyük təyyarəsi ilk uçuşunu fevralda reallaşdıracaq.

Təyyarə ilk dəfə anqarı 2017-ci ildə tərk etmiş və görüntülənmişdi, uçuş zolağında ilk sınağı keçirilmişdi.

Dünyanın ən böyük yük təyyarəsi sayılan "Stratolaunç” adlı bu təyyarənin çəkisinin 226 ton, yük qabiliyyətinin isə 650 ton olduğu bildirilir. Qanadları arasındakı məsafə 117 metrdir, 15 metr hündürlüyə sahibdir. Eyni vaxtda 3 raketi daşımaq gücündədir.

Onun təyinatı yerətrafı orbitə buraxılacaq daşıyıcı-raketləri yüksək hündürlüyə qaldırmaqdır. (Axar.az)

Oxşar xəbərlər