Misirdə sərnişin təyyarəsi qaçırıldı

  • 29 mart 2016, 20:06
Misirdə naməlum şəxslər sərnişin təyyarəsini qaçırıb.
 
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 81 sərnişin olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.
 
İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, hələlik heç kimin zərər çəkmədiyi bildirilir.
 
Demokratik.Az
Oxşar xəbərlər