Demokratik TV
Xəbər lenti
Türkiyədə səsvermə vaxtı toy etmək qadağan olundu
- 10 yan 2019, 08:06
Türkiyədə martın 31-i – bələdiyyə seçkiləri günü yerli vaxtla saat 18:00-dək toy mərasimlərinin keçirilməsi qadağan edilib.
Bu barədə Türkiyənin Ali Seçki Komissiyası məlumat verib.
Həmçinin səsvermə günü saat 21:00-a qədər spirtli içkilərin satışı dayandırılacaq.
Bundan başqa, televiziya və radiolarda seçki günü nəticələr haqqında hər hansı proqnozlar səsləndirməyə icazə verilmir.
Qeyd edək ki, bələdiyyə seçkiləri günü siyasi partiyalara da bir sıra qadağalar tətbiq olunacaq.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir.( Trend)
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti