Ermənistanda "sükut günü"dür

  • 01 apr 2017, 12:02

Bu gün Ermənistanda parlament seçkilərinə görə "sükut günüdür".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu gün və sabah saat 20:00-dək ölkədə seçkilərdə iştirak edənlərə siyasi təbliğat qadağan olunub.

Məlumata görə, Ermənistanın əyalətlərində və Yerevanda seçkilərin keçirilməsi ilə bağlı 2009 seçki məntəqəsi təşkil edilib.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri (VI çağırış) aprelin 2-də keçiriləcək.

Demokratik.Az

Oxşar xəbərlər