Model plastik əməliyyatlara 1 milyon xərcləyib

  • 13 dek 2018, 07:43

İngilis model gənc yaşda ən çox plastik əməliyyat keçirən modellər siyahısına düşə bilər. Buna səbəb isə 34 yaşlı keçmiş modelin artıq sayını belə unutmağa başladığı cərrahi müdaxilələrdir. Alisiya Douvall adlı qadın bu vaxta qədər nə az-nə çox düz 71 dəfə həkimin bıçağı altına yatıb. Anesteziya olmadan 260 dəfə botoks və ya bənzəri prosedurdan keçib. Bütün bu əməliyyatlara isə o, 1 milyon funt sterlinq xərcləyib.

Douvalın ilk əməliyyatı 17 yaşında olub. Əməliyyatlar zəncirinə sinəsini silikonla böyütməklə başlayan qadın sonradan 16 dəfə sinə, 7 dəfə burun əməliyyatı olub.

Onun sözlərinə görə, bu qədər əməliyyat keçirməsində məqsəd özünü "Barbi” gəlinciyinə bənzətmək olub. Həkimlər isə onun bu istəyinə heç vaxt qarşı çıxmayıblar. "Onlar mənim pulumu istəyirdilər. Heç biri bu qədər bəsdir, dur demədi mənə”.

İndi isə bu qədər əməliyyatdan sonra keçmiş model nəinki gözəlləşib, hətta özünü çirkin hesab edir. İki qız anası olan Douvall hələlik əməliyyat olmayacağını deyir.

Oxşar xəbərlər