Bu ölkədə 12 yaşlı qızlar təbii yolla oğlana çevrilirlər

  • 24 may 2017, 19:34

Çağdaş plastik əməliyyatlar və gen mühəndisliyi dövündə belə indi söyləyəcəyimiz faktlar heyrət doğurur. Dominikan Respublikasında yaşayan kiçik tayfada qızlar yetkinlik yaşına çatarkən heç bir cərrahi əməliyyat olmadan oğlana çevrilirlər. Onlar buna quevedoçes deyirlər .

SİVİL.AZ Rusiyanın "Kulturologiya.ru saytına istinadən xəbər verir ki, Mayk Mozli bu ölkədə tədqiaqat apararaq Conni adlı yeniyetmənin təkamül prosesinin şahidi olub. Qız kimi böyüyən və qadın cinsiyyət orqanına malik Conni də cinsi yetişkənlik dövründə oğlana çevrilib və onda kişi cinsiyyət orqanı yaranıb.

O balaca qız olarkən Feliçita adlandırıldığını, qırmızı donda məktəbə getdiyini və qız paltarında özünü həmişə narahat hiss etdiyini xatırlayır. İndi Karlos olan Karla da eyni taleyi yaşyıb. 

Nyu -Yokun Kornell Tibb Kolleecinin professoru Culiana İmperato Mak Qinli 1970-ci ildə bu kənddə uzun müddət qalıb bu məsələni araşdıraraq belə qənaətə gəlib ki, bütün günah xromosomlardadır. Ana bətnində XX xromosomları üstünlük təşkil edirsə körpə qız, XY xromosomları üstünlük təşkil edirsə körpə oğlan olur. Diqidrotesteron deyilən hormonun ayrılmaması körpənin ömürlük qız olmasına və ya əksinə təsir edir.

Alimin tədqiqatları zamanı məlum olub ki, ana bətnində alfa5 fermentinin çatışmazlığı (bu ferment diqidrotesteronun yaranmasına təsir edir) kiçik qızların gələcəkdə oğlana çevrilməsinə səbəb olur və bu genetik xəstəlikdir. Çünki analoji hala dünyanın başqa heç bir yerində rast gəlinməyib.

Yetkinlik dövründdə baş verən hormon dəyişiliyi məhz bu yeniyetmələrdə cinsi dəyişikliyə səbəb olur.
 
Demokratik.Az
Oxşar xəbərlər