Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:28 - 23.05.2019  
Stalinin sevimli MARŞALI – Rokossovskinin həyat yolu
Tarix: 6-12-2018, 14:17 | Bölmə: Xəbərlər » Maraqlı

Stalinin sevimli MARŞALI – Rokossovskinin həyat yoluO, SSRİ tarixində yeganə şəxs olub ki, iki ölkənin, SSRİ-nin və Polşanın marşal rütbəsini daşıyıb. Və hər iki rütbəni də üç illik həbsxana həyatından sonra alıb. Əfsanəvi marşalı görkəmli sərkərdə kimi bütün dünya tanıyıb. Ən əsası isə Konstantin Rokossovski İosif Stalinin ən sevimli qəhrəmanı olub...

17 yaşından ordu sıralarında könüllü xidmətə başlayan Rokossovski I dünya və vətəndaş müharibələrinin iştirakçısı olub. Uşaqlıqdan hərbçi olmağa meyl göstərən gələcəyin marşalı bu müharibələrdən sonrakı bütün həyatını hərb işinə bağlayıb.
1937-ci ilə qədər briqada, diviziya, korpus komandiri kimi xidmət edən, bacarıqlı zabit kimi tanınan, ölkəsini şərəflə müdafiə edən Rokossovski dövrün repressiya dalğalarından özünü müdafiə edə bilməyib. Qanlı 1937-ci ilin avqustunda Rokossovski yapon və polyak kəşfiyyatı ilə əlaqəli olması ilə bağlı Leninqradda həbs edilib. Heç bir sübut, dəlil olmadan o, 1940-cı ilin mart ayına qədər "NKVD”-nin Leninqrad şöbəsinin türməsində saxlanılıb.

Dəmir iradəli Rokossovskiyə işgəncələri ilə ad çıxaran Leninqrad türməsində nə qədər fiziki təzyiq göstərsələr də, o, "arzulanan” ifadələri verməyib, günahsız olduğunu sübut etmək üçün bütün işgəncələrə dözüb.

Nəhayət, "NKVD”-nin Rokossovskiyə qarşı etdiyi haqsızlığa onu yaxından tanıyan marşal Semyon Timoşenko müdaxilə edib. O, bu haqda İosif Stalinə müraciət edib. Rəhbər "öz xətti” ilə kiçik bir araşdırma apardıqdan sonra Rokossovskinin azadlığa buraxılması üçün göstəriş verib.

Rokossovski azadlığa çıxdıqdan sonra bir neçə ay Soçidə müalicə alıb, sonra onu yenidən partiya sıralarına daxil ediblər, general-mayor rütbəsi verərək 9-cu korpusa komandir təyin ediblər.

1941-45 müharibəsi illərində Rokossovski Qafqaz, Ukrayna, Belarusiya cəbhələrində sözün əsl mənasında ağılasığmaz uğurlu hərbi əməliyyatlar həyata keçirib, Moskvanın müdafiəsində əvəzsiz xidmətləri olub.

Rokossovski başçılıq etdiyi hər bir hərbi əməliyyatla Stalini təəccübləndirib.

1943-cü ildə Rokossovskinin rəhbəlik etdiyi qoşun hissələri feldmarşal Paulyusu, 24 alman generalını, 2500 zabiti, 90 min əsgəri əsir götürüb.

1944-cü ildə isə o, Stalinə göndərdiyi teleqramda yazıb: "Qərb cəbhəsində apardığımız hərbi əməliyyat nəticəsində 105 min nəfərlik alman qoşunu əsir götürülüb. Əsirlərlə bağlı sərəncam və göstərişinizi gözləyirik”.

Stalin cavab yazıb: "Başda siz olmaq şərti ilə əsir götürülənləri Moskvaya ekskursiyaya dəvət edirəm”.

Rokossovski əvvəlcə bu cavabdan heç nə anlamayıb. Bir neçə saatdan sonra ona məxfi telefonoqramma təqdim ediblər: "İosif Stalinin göstərişi ilə bir sutka ərzində Moskvada, Kremldə olmalısınız”.

Ordu generalı rütbəsində olan Rokossovski həmin gün Moskvaya yola düşüb. O, Moskvada qeyri-adi bir hadisənin şahidi olub. Əsir götürülmüş alman hərbçilərini səhərdən axşama qədər Moskvanın küçələrində addımlamağa məcbur ediblər.

Stalin Rokossovskini qəbul edib və marşal rütbəsini şəxsən özü onun çiyinlərinə taxıb. Və həmin gündən sonra rəhbər ona adı və atasının adı ilə, Konstantin Konstantinoviç deyə müraciət edib. Marşal Şapoşnikovdan sonra Rokossovski Stalin tərəfindən bu cür müraciət şərəfinə nail ikinci şəxs olub.

Marşal Rokossovski qələbənin təmin olunmasındakı xidmətlərinə görə ən yüksək mükafatlara layiq görülüb. Onun üçün ən unudulmaz tarix isə Qələbə paradına komandanlıq etməsi olub. Belə ki, Stalinin əmri ilə Qələbə paradını qəbul etmək marşal Jukova, parada komandanlıq isə marşal Rokossovckiyə həvalə olunub.

Müharibədən sonra da Stalinlə Rokossovskinin isti münasibətləri davam edib. Rəhbərin marşala qarşı xüsusi rəğbəti, ehtiramı və həm də bir-birlərinə qarşı doğma insanlara məxsus ərkləri olub.

Müasirlərinin xatirələrində də bu münasibət öz əksini tapıb.

Rokossovski müharibədən sonra özünə böyük bağ evi tikdirib. Ev hazır olandan sonra o böyük ziyafət təşkil edib. Stalinin də iştirak etdiyi ziyafət səhərə kimi davam edib. Səhər qonaqları yola salanda Stalin Rokossovskiyə deyib:

-Konstantin Konstantinoviç, yetim uşaqlar üçün belə bir ev tikdiyinə görə sənə şəxsən öz təşəkkürümü bildirirəm.

Səhərisi gün marşalın öz təklifi ilə bağ evi uşaq evi kimi fəaliyyətə başlayıb. Sonradan Rokossovski özünə kiçik bağ evi tikib. Ancaq bu dəfə ziyafət təşkil etməyib.

Ziyafətlərdə ilk badələri xanımların şərəfinə qaldıran marşal Rokossovski qadınlara qarşı olduqca həssas insan olub. Marşal gözəl aktrisa Valentina Serova ilə sevgi macəralarına başlayanda bu haqda əlaltıları Stalinə məlumat veriblər:

-Yoldaş Stalin, marşal Rokossovski indi də aktrisa ilə sevişir. Nə tədbir görək, nə edək?

Stalin gülə-gülə cavab verib:

-Heç nə etmək lazım deyil. Sadəcə qibtə və paxıllıq edin, vəssalam…

Rokossovski ilə Stalinin münasibətlərində maraqlı məqamlardan biri də Stalinin növbəti rütbə alması ilə bağlı olub.
Müharibədən sonra silahdaşlarının İosif Stalinə Sovet İttifaqı generalisimusu rütbəsi verilməsi haqqında təklifi rəhbər az qala siyasi şouya çevirib. İlk dəfə olaraq onun bu yüksək rütbəylə təltif olunması təklifinin təşəbbüskarları yüksək çinli hərbçilər olub.

Belə ki, məsələ ilə bağlı keçirilən Siyasi Büronun iclasında çiyinlərində marşal rütbəsi daşıyan Jukov, Konev, Vasilyevski və Rokossovski də iştirak ediblər. Əvvələcə Stalin bu təklifdən imtina edib. Marşallar təkidlə çıxışlara başlayıb. Qeyd olunub ki, böyük qələbənin müəllifi məhz bu rütbəni daşımalıdır. Stalin çıxışları yarımçıq kəsərək marşallara əyləşməyi təklif edib və sonra adəti üzrə təmkinlə, özü haqqında üçüncü şəxs qismibdə yüksək çinli hərbçilərə müraciət edib:

-Siz yoldaş Stalini generalisimus rütbəsi ilə təltif etmək istəyirsiniz. Bu rütbə yoldaş Stalinə nəyə görə lazımdır? Bu ona qətiyyən gərək deyil. Yoldaş Stalin bu rütbəsiz də avtoritet sahibidir. Avtoritet sahibi olmaq üçün sizə belə rütbələr verilməlidir. Mənim isə buna ehtiyacım yoxdur. Stalin üçün siz bunların təklifinə bir baxın? Heç sözüm yoxdur sizə. Siz də marşalsınız, mən də. Məni bu sıradan çıxarmaq istəyirsiniz? Məni başa salın görüm axı, bu nə deməkdir, bu nə rütbə məsələsidir?

Stalinin sevimli MARŞALI – Rokossovskinin həyat yolu

Bu çıxışdan sonra marşallar əməlli-başlı əziyyətə düşüblər. Hərbçilər müxtəlif tarixi faktlar göstəriblər, kitablardan sitatlar gətiriblər, rus ordusunda bu rütbəni daşıyacaq dördüncü şəxsin məhz o olacağını söyləyiblər.

Ancaq bütün bu söylənilənlərlə Stalini razılığa gətirmək mümkün olmayıb. Stalinin ağır "şıltağlığını” bilən marşallar Siyasi Büronun iclasında pərt vəziyyətdə qalıblar. Vəziyyəti belə görən marşal Pokossovski yenidən Stalindən danışmaq üçün söz istəyib:

-Yoldaş Stalin, mən də marşalam, siz də marşalsınız. Rütbələrimiz eyni olduğuna görə siz məni heç vaxt cəzalandıra bilməyəcəksiniz.

Marşalın belə cəsarətli yarızarafat-yarıciddi fikri Stalinin xoşuna gəlib. O, xətrini çox istədiyi marşal Rokossovskinin fikrinə təbəssümlə münasibət bildirib:

-Konstantin Konstantinoviç, sizi cəzalandırmaq zövqündən məhrum olmamaq üçün Sovet İttifaqı generalisimusu rütbəsini daşımağa razılıq verirəm.

1949-cu ildə Polşa prezidenti Boleslav Berut Stalinə müraciət edərək Rokossovskinin Polşa müdafiə naziri vəzifəsinə təyin olunmasına etiraz etməməsini xahiş edib. Stalin bu təyinata müsbət reaksiya verib. Beləliklə, Rokossovski Polşa marşalı rütbəsində 1956-cı ilə qədər Polşanın müdafiə naziri vəzifəsində işləyib. Qeyd edək ki, Konstantin Rokossovski milliyətcə polyak olub və Varşavada anadan olub.

Polşada hakimiyyət dəyişdikdən sonra yenidən SSRİ-yə qayıdan Rokossovski müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

1957-ci ildə Xruşov Rokossovskidən Stalinin əleyhinə mətbu oraqanlarda çıxış etmək tələbini qoyanda marşalın cavabı sərt və kəskin olub:

-Mən heç vaxt bunu etməyəcəm, Stalin mənim üçün müqəddəsdir…

Bununla da Rokossovski müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılaraq aşağı vəzifəyə keçirilib.

Rokossovcki uzun illər prostat vəzinin xərçəngi xəstəliyindən əziyyət çəkib. 3 avqust 1968-ci ildə elə bu xəstəlikdən də vəfat edib.

Marşal Rokossovckinin yandırılmış nəşinin külü Kreml divarlarında yerləşdirilərk üzərinə mərmərdən xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com

Xəbər 1123 dəfə oxunub






Oxşar xəbərlər

Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.22505] initstartout [0.00022] initstartin [0.00108] calstart [0.01346] calend [0.00072] topnewsend [0.00510] rsssend [0.00000] ehgend [0.00735] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.19641]