Stalinin qızı Amerikaya necə qaçmışdı?…

  • 28 fev 2017, 13:14

Sovetlər Birliyini 31 il boyunca dəmir yumruqla idarə edən diktator İosif Stalinin qızı Svetlana Alliluyeva sosializmin müdafiəçisi SSRİ-dən qaçaraq gəldiyi kapitalizmin ürəyi ABŞ-da bir Qocalar evində həyatını itirdi. 85 yaşında ölən S.Alliluyeva, xərçəng xəstəsi idi.

İosif Stalinin yeganə qızı ABŞ-da Lana Peters adı ilə tanınırdı. Atasını "əxlaqi və ruhani bir canavar” hesab edən və üç dəfə soyadını dəyişdirən 85 yaşlı Svetlana Alliluyeva "soyuq müharibə” illərində kommunizmi rədd edərək 1967-ci ildə ABŞ-a qaçıb.

Svetlana Alliluyeva 1926-cı il fevralın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub.

Onun anası Nadejda Serqeyevna Alliluyeva Stalinin ikinci arvadı olub.

1949-cu ildə Stalinin qızı Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra tərcüməçi və ədəbi redaktor işləməyə başlayıb.

Svetlananın SSRİ-dən qaçmasına səbəb Sovet rəhbərliyinin onun üçüncü əri hindistanlı Brijeş Singhə mənfi münasibəti olub.

1966-ci ildə Hindistana ərinin dəfn mərasimində iştirak etmək üçün gedən Svetlana Alliluyeva SSRİ-yə qayıtmaq əvəzinə oradakı ABŞ səfirliyinə sığınıb. Özünün sovet pasportuna od vuraran Svetlana kommunizmi pisləyib. Bir il sonra Hindistandan Amerikaya köçüb.
Onun 1967-çi ildə SSRİ-dən qaçması faktından ABŞ təbliğat maşını sovetlərə qarşı var gücü ilə yararlanmışdı.

Svetlananın anası özünə qəsd edəndə onun 6 yaşı var imiş. Svetlana İ.Stalinin sevimli qızı olub. İosif Stalin qızını "sərçəcık” deyə çağırarmış.
O, Stalinin ikinci arvadı Nadejdadan olan tək uşağı idi. Altı yaşında Svetlanaya anasının appendisit səbəbiylə öldüyü deyilib. Svetlana gerçəyi 10 il sonra öyrənib. Gəncliyində ölkəsində olduqca məşhur olan Svetlananın adı minlərlə yeni doğulan körpəyə verilib, adını daşıyan ətir istehsal olunub.

İkinci Dünya Müharibəsinin başlamasıyla Svetlana və Stalinin arası pozulub. Anası haqqındakı gerçəyi öyrənən Svetlana ögey qardaşı Yakov faşistlər tərəfindən öldürüləndə çox sarsılıb. Svetlanın qardaşı Yakov Böyük Vətən Müharibəsində almanlara əsir düşərək konslagerdə öldürülüb. İosif Stalin öz oğlunu alman generalına dəyişməkdən imtina etmişdi.

Svetlananın daha bir qardaşı Vasili möhkəm içən olub, o, 40 yaşında vəfat edib.

ABŞ-a qaçışı Sovet Rusiya ilə diplomatik gərginliyə səbəb olan Svetlana atası İosif Stalinin 1953-cü ildəki ölümündən sonra soyadını dəyişərk anasının soyadı olan Alliluyevaya çevirib. O, ABŞ-da siyasi sığınacaq haqqı əldə etdikdən sonra isə ad və soyadını dəyişib
S.Alliluyeva 4 dəfə evlənib, onlardan 3-ü Rusyada baş verib.
Stalinin qızının Rusiyanı tərk etməsi ABŞ üçün kommunist rəqibiylə ictimai əlaqələri inkişaf etdirmək adına çox əhəmiyyətli bir addım olarkən, Rusiya adına utancverici idi.

S.Alliluyeva ABŞ-a qaçanda Nyu-York şəhərinə çatan kimi atasının rejimini tənqid edən bir açıqlama vermişdi: "Amerikaya uzun illər Rusiyada əldə edə bilmədiyim azad söz üçün gəldim”.

Bu açıqlama o dövr SSRİ-nin baş naziri olan Aleksey Kosıgin tərəfindən sərt reaksiya ilə qarşılanmışdı. O, Alliluyevanı "əxlaqı xarab və xəstə insan” olaraq xarakterizə etmişdi.

Svetlana Alliluyeva bestsellerə çevrilmiş 2 memuar da daxil olmaqla, ümumilikdə 4 kitab müəllifidir.

S.Alliluyevanın 1967-ci ildə dərc olunmuş ilk memuarı "Dosta iyirmi məktub” kitabı ona 2,5 milyon dollar gəlir gətirib. O dövr üçün bu, olduqca böyük məbləğ olub.

Amerikada Uillyam Petersə ərə getdikdən sonra Svetlana Lana Peters adını seçib. 1973-cü ildə onlar boşansalar da, həmin nikahdan Svetlananın qızı Olqa dünyaya gəlib.

1980-ci illərdə Svetlana Alliluyeva SSRİ-yə dönərək, ABŞ-ı tənqid etməyə başlayıb. Lakin doğmaları ilə sözü cəp düşüb və növbəti dəfə SSRİ-ni tərk edib.

Svetlananın gəncliyində ilk sevgilisi bir yəhudi film prodüseri Aleksey Kapler olub. Amma Kapler Stalin tərəfindən 10 il müddətinə Sibirdəki fəhlə düşərgəsinə sürgünə göndərilib.
Müharibə illərində Stalin bir zamanlar "kiçik sərçəm” deyərək çağırdığı qızıyla arasına məsafə qoyub və tədricən onunla pis rəftar edib.
Svetlana Alliluyevanın ilk evliliyi yəhudi olan Qriqori Morozovla olub. Stalin qızının bu istəyinə silləylə cavab verib və Morozovla tanış olmağı rədd edib. Buna baxmayaraq, hələ 18 yaşı olanda Svetlana atasına qarşı gedərək 1945-ci ildə Morozovla evlənib. İosif adında bir uşaqları olan cütlük 1947-ci ildə boşanıb.

S.Alliluyevanın ikinci evliliyi 1949-cu ildə Yuri Jdanovla olub. Stalin məsləhətçilərindən olan Andrey Jdanovun oğuluyla qızının evlənməsinə sıcaq baxırdı. Cütlüyün Yekaterina adında bir qızları olsa da, onlar bir il sonra boşanıblar.

O üçüncü dəfə 1964-cü ildə hindistanlı bir kommunist olan Brijeş Singhlə ailə qurub. Svetlana əri Singhin öldüyü 1967-ci ildə mərhumun külünü səpmək üçün Hindistana gedib. O, bu səfərə görə icazəni Sovet İttifaqının rəhbərliyindən güc-bəla ilə alıb. Ərinin Hindistandakı yas mərasimindən sonra ölkəsinə qayıtmaqdan imtina edən Svetlana ABŞ səfirliyinə sığınıb.

"KQB” agentləri Alliluyevanın niyyətini öyrənincə Dehlidəki səfirliyi əhatəyə alıb. Ancaq bir amerikalı agenti dövrəyə soxan ABŞ rəsmiləri İtaliya və İsveçrə üzərindən keçməklə Alliluyevanı Nyu-Yorka gətirdib. Bu qaçış SSRİ-də şok effekti yaradıb.

ABŞ-da Svetlana Uilyam Petersə dördüncü və həyatında son dəfə ailə qurub. 1973-cü ildə sona çatan bu evliliyikdən Olqa adlı bir qız dünyaya gəlib. Olqanı internat məktəbə vermək üçün İngiltərəyə gedən və iki il burada yaşayan S.Alliluyeva 1984-cü ildə geridə buraxdığı digər iki uşağı İosif və Yekaterina ilə bir araya gəlmək üçün Rusiyaya qayıdıb.
Ancaq bir il sonra təkrar ABŞ-a dönüb. Bir müddət Kaliforniyada yaşayıb, ardından 1986-cı ildə qızı Olqayla Viskonsinə köçüb. Bundan sonra gözlərdən uzaq səssiz bir həyat sürməyə başlayıblar.

Mətbuata çox nadir hallarda müsahibə verən Svetlana və ya Lana Peters 1990-cı ildə "İndependent” qəzetinə deyib ki, çox kasıbçılıqla yaşayır və qızı Olqa ilə kirayədə qalır.

S.Alliluyevanın həkim olan oğlu Iosif  2008-ci ilin noyabrında həyatını itirib. Qızı Yekaterinanın isə Sibirin şərqindəki Kamçatka yarımadasında elmlə məşğul olduğu söylənilir.

2010-cu ildə mətbuata verdiyi son müsahibəsində S.Alliluyeva atası İosif Stalin haqqında danışarkən "həyatımı məhv etdi…” deyib.

S.Alliluyeva (Lana Peters) ömrünün son illərini ABŞ-ın Viskonsin şəhərindəki ahıllar evində keçirib. Deyilənə görə, gününü əsasən tikiş işi və bədii əsər oxumaqla keçirirmiş.

Son illər ərzində onun bağırsaq xərcəngindən əziyyət çəkdiyi deyilir. (modern.az)

Oxşar xəbərlər