Avropanın ən çox çirklənmiş şəhərlərinin siyahısı açıqlanıb

  • 06 noy 2018, 15:06

Makedoniyanın Tetovo şəhəri Avropanın ekoloji cəhətdən ən çox çirklənmiş şəhəridir. Onun çirklənmə indeksi 97,57 baldır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Numbeo.com saytının tərtib etdiyi "Pollution Index 2018 Mid-Year” reytinqində yer alıb. Siyahıda Tetovonun ardınca İtaliyanın Neapol şəhəri və Makedoniyanın paytaxtı Skopye gəlir. Onların çirklənmə indeksi müvafiq olaraq 84,61 və 82,17 bal təşkil edir.

Reytinqin ilk onluğuna, həmçinin Albaniyanın Tirana, İtaliyanın Turin, Rumıniyanın Buxarest, Bosniya və Herseqovinanın Sarayevo, Polşanın Krakov, Bolqarıstanın Plovdiv şəhərləri və Ukraynanın paytaxtı Kiyev daxildir.

Analizlərin nəticəsinə əsasən, Avropada ekoloji vəziyyətinə görə yaşamaq üçün ən əlverişli şəhərlər Helsinki (Finlandiya), Reykyavik (İslandiya) və Sürixdir (İsveçrə).

Oxşar xəbərlər