Demokratik TV
Xəbər lenti
Oqtay Şirəliyev seçkilərdə İlham Əliyevə səs vermədi (FOTO)
- 13 apr 2018, 10:54
Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11 aprel Prezident seçkilərində iştirak etməyib.
Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o seçici hüququndan istifadə etməyib.
Məsələ ilə bağlı Unikal.org saytı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyevlə əlaqə saxlayıb.
O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin iştirak etmədiyinini təsdiqləyib: "Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər Səhiyyə nazirini görmədim. O, prezident seçkilərində seçki hüququndan istifadə etməyib”.
Baxmayaraq ki, ölkədə keçirilən prezident seçkilərində Prezident Administrasiyasının nüfuzlu şəxsləri və ayrı-ayrı nazirlər ölkəmizdə keçirilən Prezident seçkilərində iştirak edərək, cənab Prezident İlham Əliyevə səs verdiklərini, onun siyasətini dəstəklədiklərini açıqlamışdılar. Bu da o anlama gəlir ki, nazir Oqtay Şirəliyev seçkilərdə səsvermə hüququndan istifadə etməməklə, həm də Prezident İlham Əliyevə səs verməyib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub
Oqtay Şirəliyev Şirvandadır
Prezidentliyə namizədlər hansı seçki məntəqəsinə və kimlərlə gedəcəklər?
Oqtay Şirəliyev azyaşlı uşaq ölümlərindən danışdı
Oqtay Şirəliyev Kopenhagenə gedib
Oqtay Şirəliyev Ağcabədiyə yeni baş həkim təyin edib
Oqtay Şirəliyev Xızıda avtobus qəzasında xəsarət alanları ziyarət edib
58 məntəqənin nəticəsi ləğv edildi - Siyahı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti