Oqtay Şirəliyev azyaşlı uşaq ölümlərindən danışdı

  • 30 dek 2017, 13:57

Azərbaycanda azyaşlı uşaqların ölüm göstəricisi dəfələrlə azalıb.

Demokratik.Az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Trend-ə açıqlamasında deyib.

Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlərin görüldüyünü bildirən nazir bunlardan birinin də uşaqların icbari dispanserizasiyası olduğunu qeyd edib.

Oktay Şirəliyev əlavə edib ki, bu tədbirlər sayəsində azyaşlıların ölüm göstəricisi dəfələrlə aşağı enib.

Nazir vurğulayıb ki, dispanserizasiya gələcək üçün yeni sağlam nəslin yetişməsinə imkan verir.

"Demokratik.Az"

Oxşar xəbərlər