Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:57 - 21.08.2018  
Jurnalistika niyə vaxtsız ölümlərə səbəb olur...
Tarix: 14-02-2018, 11:34 | Bölmə: Xəbərlər » Maraqlı

Masa arxasında iş, hərəkətsizlik və ...infarkt?

Son bir neçə ayda Azərbaycan jurnalistikasında yarpaq tökümü yaşanır. Təkcə 3 ay ərzində üç nəfər jurnalistimizi ürək xəstəliyindən itirmişik. Həmçinin fotomüxbir Fuad Həsənov da beyin qansızmasından dünyasını dəyişib. Onların cavan yaşda olması, vaxtsız ölümə tuş gəlməsini də xüsusilə vurğulamaq istəyirik. Və bu statistika istər-istəməz jurnalistikanın "erkən ölüm səbəbkarı olan peşə” kimi xarakterizə olunmasına səbəb olur. Bəli, həmkarlarımız xüsusən də ürək xəstəliyindən vaxtsız dünyasını dəyişməyə başlayır. Səbəb bir qayda olaraq icra etdikləri peşədir, ya buna spesifik hal kimi yanaşmaq lazımdır?

Ümumən dünya üzrə statistika göstərir ki, son on ilin statistikasına görə, dünyada 1000 nəfərdən artıq jurnalist peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişib - həlak olub, yaxud da sifarişlə qətlə yetirilib. Ən acınacaqlısı isə odur ki, bu qətllərdən yalnız 10 faizinin səbəbkarları cəzalandırılıb.  Qalan 90 faiz qətlə görə heç kim cəzalandırılmayıb, məsuliyyətə cəlb edilməyib. BJF prezidenti dünya ictimaiyyətini jurnalistikaya qarşı hücumlara reaksiya verməyə çağırıb.

Jurnalist peşəsi dünyanın ən riskli peşələrindən biri hesab olunur. Məsələn, 2012-ci ildə vəzifə başında həlak olan jurnalistlər arasında ölüm hallarının azalmasına baxmayaraq, 2013-cü ildə bu rəqəm bir daha yüksələrək 71-ə çatıb. Bu arada Sərhədsiz Reportyorlar Təşkilatı cari ildə media mənsublarının oğurlanması halının 129% artdığını bildirib. 2013-cü ildə Asiya qitəsində təqribən 4 jurnalist, Yaxın Şərq və Şimali Afrikada isə 23 jurnalist qətlə yetirilib.

Cənubi Amerikada bu rəqəm 12 nəfər olub. 2012-ci ildə isə Cənubi Amerikada öldürülən jurnalistlərin sayı 15 nəfər olmuşdu.

Bu, jurnalistlərin öz əcəli ilə ölmələri faktına aid deyil. Amma ürək xəstəliklərindən əziyyət çəkən və bu səbəbdən dünyasını dəyişən qələm əhli də az deyil. Mütəxəssislər sübut edib ki, jurnalistlərdə ölüm riskini artıran əsas səbəb onların böyük əksəriyyətinin masa arxasındakı fəaliyyəti, yaşadıqları gərginlik və stresslə bağlıdır. Hərəkətsiz həyat bir çox xəstəliklərin, xüsusən də ürək xəstəliklərinin bir nömrəli xəbərçisi, çağırışçısıdır. Üstəgəl, əgər bu cür həyat tərzi keçirənlər siqaret də çəkirlərsə, bu zərərli vərdişlər infarkt və yüksək qan təzyiqinə səbəb olur. Bundan başqa, jurnalistlərin idmana vaxt ayıra bilməməsi də zaman keçdikcə nəfəs darlığı, nəbzdəki artımla müşayiət olunur. Bu da ciddi fəsadlar şəklində özünü göstərir.

Amma bu məsləkdən "əli bala batanlar” da az deyil. Məsələn, CNN teleşirkətinin tanınmış aparıcısı Volf Blitser 3 milyon dollar illik gəlirlə ən zəngin media işçilərinin siyahısında ən yüksək yerləri tutur. ABŞ seçkiləri zamanı 24 saat efirdən demək olar düşməyən Volf Blitser hər gün 2 saat analitik proqramında ölkədə və dünyada baş verən hadisələri təhlil edir.

ABC şirkətinin "Meet the Press” (mətbuatla görüş) proqramının aparıcısı Corc Stepanopulosun illik gəliri 5 milyon dollardır. Həftənin ən başlıca hadisələri bu proqramda ABŞ Konqresi və administrasiyanın yüksək səviyyəli nümayəndələri tərəfindən müzakirə edilir.

CNN telekanalında hər axşam canlı yayında iki saat sürən "Anderson Live” proqramının təsisçisi və aparıcısı Anderson Kuper 11 milyon dollarla Amerika teleməkanında ən yüksək gəlirə malik jurnalistlərdən biri hesab edilir. Hər axşam efirə çıxan proqram Amerikada gənc tamaşaçılardan ibarət ən böyük auditoriya toplayan proqramlar arasında göstərilir. Anderson Kuperin populyarlıq səviyyəsini onun 2012-ci ildə Nyu-Yorkda Madam Tüsso muzeyində mum heykəlinin açılışı ilə ölçmək olar.

Amerikada media sahəsinə yeni gələn jurnalistlərin maaşı ildə orta hesabla 36 min dollar kimi göstərilir. Bu isə ayda orta hesabla 3 min dollar deməkdir. Redaktorlar, teleradio şirkətlərində yazarların maaşları 60 min dollar və bundan yuxarıdır. Daha böyük media bazarında maaşlar və tələblər daha yüksəkdir. Bunlara baxmayaraq, gəlirindən asılı olmayaraq, media işçiləri cəmiyyətdə statusa malikdir.

2013-cü ildə Amerikada keçirilən bir sorğu nəticəsində məlum olub ki, insanlar üçün ən sevilməyən peşələrin sırasında jurnalistika da var. Odunçu, sağıcı-fermer, orduda sıravi əsgər, teatr aktyoru və poçtalyonla eyni sıraya qoyulan jurnalistikanın qara hərflərlə yazılmasının səbəbi onun riskli və qazancsız olmasıdır. Demək olar ki, bütün bu peşələri cari ildə ixtisar gözləyir. Onların əksəri aşağı və orta əmək haqqı olan sənətlər sırasına daxil olsa da, ağır və əzmkar zəhmət tələb edir.

1990-cı ildən dünyada 1000-dən çox jurnalist öldürülüb. Bu barədə isə ABŞ-dakı Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.  Məlumatda bildirilir ki, öldürülən jurnalistlərin əksəriyyəti siyasi problemləri, muharibələri və korrupsiya məsələlərini işıqlandırarkən həlak olublar. Komitə bildirir ki, jurnalistika getdikcə daha təhlükəli peşəyə çevrilir.

Sevinc TELMANQIZI

Xəbər 847 dəfə oxunub






Oxşar xəbərlər

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya DƏSTƏK
İlham Əliyev Rusiyaya gedir – Üç mühüm məsələ
“Aİ 92 benzininin qiyməti artmayacaq” - Açıqlandı
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi elan etdi
Bu tələbələr təhsilhaqqından azaddır - RƏSMİ
Çeçenistanda polis bölməsinə hücum olunub
Jurnalistin ağuya dönmüş çörəyi...(İntiharlardan)
Bu banklarımız zərərlə işləyir - SİYAHISI
Köçəryanın evində və ofisində axtarış aparıldı
Talıb Tale “Youtube”dan ayda nə qədər pul qazanır?
“Sevginin yerini qəzəb tutub" – Sabir Rüstəmxanlı NARAHATDIR
Heydər Əliyevin evindən eksklüziv - VİDEOREPORTAJ
Məmmədyarov supertunirə qələbə ilə başladı
Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR
İlham Əliyev Ərdoğanı təbrik edib
Atəşkəs rejimi 87 dəfə pozulub
“Azərbaycan ABŞ və İsrailin yanında olacaq…” - Şərh (II HİSSƏ)
QKÇP qiyamından 27 il keçdi
Günün qoroskopu - 19 Avqust
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq
Ərdoğan Volodinlə görüşdü
“Təranə Qumralı 3 ilədək həbs gözləyir”
Sabah Bakıda yağış yağacaq
Kəmaləddin Heydərov generalı sərəncama götürdü
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Lukaşenko hökuməti “təmizlədi”
KOFİ ANNAN VƏFAT ETDİ
Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)
Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü
"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR
Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”
3 sabiq, oxşar karyera, fərqli aqibət...
CƏBHƏDƏ GƏRGİNLİK - ATƏŞKƏS YENƏ POZULUB
Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi
Qadın polis tanımadığı körpəyə "məmə" verdi
Qadınlar belə qocalır - 6 əlamət…
Rusiya ABŞ-a etiraz notası göndərib
"Yüksək bal toplayanlar artıbsa bu təhsilin keyfiyyətinin yüksəlməsi deyil" - Etibar Əliyev
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Kişi həyat yoldaşını və qayınatasını güllələdi - Gəncədə
“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər
Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?
QOROSKOP - 18 AVQUST
47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Qız bakirəliyini satışa çıxardı – FOTOLAR
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10327] initstartout [0.00012] initstartin [0.00060] calstart [0.00664] calend [0.00038] topnewsend [0.00323] rsssend [0.00000] ehgend [0.00482] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08699]