“SON ÜMİD” - Sona Vəliyeva

  • 16 yan 2018, 12:46

Sona Vəliyeva

Filologiya üzrə fəlsəfə doktoru

 

Bu da yollar ayrıcı

Bir payızdı, bir də mən.
Hara gedir bu adamlar,
Düşdüm ömrün ətəyindən.

Əl mənim, ətək illərin
Ha tutdum əlim sürüşdü. 
Yağışda islanan duam,
Göz yaşımla görüşdü.

Pəncərədə donub qalan,
Göz haraylar, yol haraylar.
Payıza qoşulub gedəcəm,
Darıxacaq doğmalar.

Darıxacaq dəniz, şəhər,
Darıxacaq qapım, bacam.
Yağış olub damlalardan,
Pəncərəmlə danışacam.

Kimdir mənsiz hönkürən?
Hər yan şehə bələndi.
Son ümiddən yol açılsa,
Ayrılıqlar çəkiləndir.

Oxşar xəbərlər