Şairimiz şaman duasından dar ağacına gedir

  • 24 noy 2017, 08:52

Tanınmış Azərbaycan şairi Rüstəm Behrudinin "Şaman duasından dar ağacına” adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək.

Noyabrın 25-i Kitabevim.az mağazalar şəbəkəsinin mərkəz filialında keçiriləcək tədbir saat 15.00-da başlayacaq. Tədbirdə şairin şeir gecəsi baş tutacaq.

XAN nəşriyyatının "Çağdaş ədəbiyyat” seriyasından yeni nəşr olunan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, rəssamı Pəri Miniatürdür. /KULT.AZ/

Oxşar xəbərlər