Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:04 - 27.05.2019  
Boş qabın danqıldaması - Zamin Hacı yazır
Tarix: 21-11-2017, 08:58 | Bölmə: Xəbərlər » Maraqlı

Dünən təsadüfən dükanda açıq telekanalizasiya lyuku gördüm, orada əcaib səsli bir diktor deyirdi ki, ermənilər əsgərliyə getmək istəmir, mitinq, piket edirlər, bunun əsas səbəbi isə onların qorxaqlığıdır.

Boş qabın danqıldaması - Zamin Hacı yazırƏlbəttə. Çox qorxaq millətdir. 1989-93 arası bir balaca "pıqq” elədik, hamısı qaçdı girdi tülkü yuvasına. Getdik İrəvanı aldıq. Ordan Qarsın qalasını almağa gedirdik ki, Türkiyə ordusu qarşımızı kəsdi, dedilər, arkadaş, nə yapıyorsunuz? Bundan sonra geri çəkildik, çünki bir millət, iki dövlətik. Biz çəkiləndə yerimizə ruslar gəlib doldular. Ruslarla türklər başladı dava eləməyə. Hətta arada rusun bir samalyotunu vurub saldılar. Ruslar da bazarda xeyli türk pomidorunu ayaqlayıb ketçup düzəltdilər. Nəyə görə? Hamısı ermənilərin qorxaqlığı üzündən. 1989-cu ildə biz dünyanın birinci milləti olanda (Nemət adlı bir nəfərin dalıyca düşdüyümüzə görə bu adı qazanmışdıq) məşhur şüar da kəşf olunmuşdu, indi onu burada yazmağın əsl yeridir: "Hava yaman soyuqdur, Ermənilər toyuqdur!”.

Soyuq demişkən, sizə nəql eləyim məşhuri-cahan "Azəriqaz” şirkətimizdən. Bunun məşhurluğu ondan ibarətdir ki, bizdə xeyli kəndin qazı olmasa belə hazırda İtaliyada zeytunluğu kəsib firənglərə qaz çəkirik. (Aqil Xəlilin yeri məlum - Çovdarovu buraxasan, gedə Aqil bəyi bir dəfə də Roma yaxınlığında zeytunluqda döyə). Əsas odur valyuta gəlsin. Yoxsa bu dəqiqə firənglərlə İlqar Məmmədov məsələsinə görə qanlı bıçaq durumundayıq. Bizə düşmənçilik edirlər, ikili standart qoyurlar, nə bilim, hamısı xaricdən maliyyələşən qara qüvvədən ibarətdir, ancaq bu, bizim onlara qaz xətti çəkməyimizə mane olmur. Azərbaycanda hər şeyi dəstəkləyən adamlar isə qaz tapmır. Paradoksal haldır.

Ancaq məni narahat edən bu deyil. Keçən həftə qaz idarəsinin bir sürü əməkdaşı tökülüşüb gəlmişdi. Deyirlər, müqavilə təzələnməlidir, üstündən 2 il keçibdir. Gərək ASAN-kommunal idarəsinə gedib müqaviləni təzələyəsiniz, əks halda qaz kartı blok ediləcəkdir. Əstəgfürullah. Görəsən bu idiot qaydanı kim fikirləşib? Qaz sayğacı çoxdandır smart tiplidir, yəni, boş qab kimi bir şeydir - içinə nəsə doldursan, pul qoysan qazın olacaq, əks halda, olmayacaq. İndi isə səndən tələb olunur, bir dövlət idarəsinə gedib növbələrdə sürünəsən. Nədir-nədir bir boş vedrənin dalını danqıldadacaqlar - müqavilə kağızı adlanan cırıq vərəq təzələnəcəkdir. Bəyəm bu vərəqi mənzillərə gətirib vətəndaşa qol çəkdirmək olmaz? Yooox, nə danışırsan, bəs o boyda ASAN-kommunalı niyə qayırıblar? Sözgəlişi, ermənilərdə asan-kommunal yoxdur, ona görə qazları çıxmır.

Təbii ki, bu karikatur prosedurda korrupsiya elementləri də vardır. Misal üçün, həmin blok hədə-qorxusu gələn "Azəriqaz” əməkdaşları iki "maraqlı” təklif də irəli sürmüşdülər. Birinci təklif o idi ki, əgər istəsəniz 20 manat verin, sizin yerinizə asan-xidmətə gedək. Buna razı olmadıqda ikinci təklif gəldi: istəsəniz bələdiyyədən bir arayış alın, indiki müqaviləni 2 il də uzadaq. Ancaq bu halda 10 manat "tərləməlisiniz”. Buyur, bu da sənə məişət səviyyəsində korrupsiyanın aradan qalxması... Kim bilir, nə qədər zəhmətkeş uçan-qaçan-xidmətlərə getməmək üçün bu rüşvətləri ödəməyə hazır olur.

Qayıdaq vətən müharibəsi sahəsinə, çünki az qalıb, erməniləri qırıb qurtarırıq. Bu yaxında Azərbaycan dəmiryolunu Astaradan Rəştə uzatmaq projesi üçün İrana 500 milyon dollar kredit ayırdı. Təxminən o qədər pul bizdə 2006-cı ilədək şəhid olanların cəmi sığortası - qan pulu eləyir. Adambaşına 11 min manat düşür. Əlil olanlar üçünsə bir qədər azdır. Neçə ildir dövlət bu pulu şəhid və qazi ailələrinə qıyıb vermir. Söhbət saqqız kimi uzanıb, bu illərdə hətta Konstitusiya Məhkəməsi də qərar çıxarıb ki, kişilərin pulunu vermək lazımdır, ancaq verən yoxdur. Adam var özü 1992-ci ildə, oğlu isə indi Qarabağda həlak olub, ancaq ailəsi qan pulu ala bilmir.

Deməli, 92-ci ildə Ağdərədə vuruşmaq yox, İrana dəmiryolu çəkmək lazım imiş.

Zamin HACI

Xəbər 2267 dəfə oxunub






Oxşar xəbərlər

ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb
Bakıda yararsız estakadadan yıxılan balıqçı xilas edilib
“Azərbaycan dünyada sabitlik adası kimi tanınır"
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
Baş nazir it, pişik saxlama qaydalarına dəyişiklik etdi
Göygöl rayonunda oğru taladığı evin seyfini belə apardı - VİDEO + Təfərrüat
Gəncənin polis rəisi işdən çıxarıldı
Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21869] initstartout [0.00016] initstartin [0.00064] calstart [0.00875] calend [0.00048] topnewsend [0.00357] rsssend [0.00000] ehgend [0.01276] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.19176]