Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:32 - 21.05.2019  
Lütfi Zadə dünyaya nələr bəxş etdi...
Tarix: 15-08-2017, 09:29 | Bölmə: Xəbərlər » Maraqlı

"Ceyran piri” həndəvərində dünyaya göz açan dünya şöhrətli azərbaycanlı

Lütfi Zadə dünyaya nələr bəxş etdi...Bakının Novxanı kəndi öz duz gölüylə məşhurdur. Duza təşnə ceyran-cüyürlər qış vaxtları həmişə bu gölün şor sahillərini yalayıb. Yalayınca, vəssalam, pusqudakı ovçuların sərrast gülləsinə tuş gəliblər.

Ceyranların ən diribaşları bu vaxt adətən özlərini itirməz, sahildəki "Ceyran baba” ocağına pənah gətirərdilər. Adətə görə, yaralı ceyran pirin qapısından içəri tullandımı, vəssalam, ovçu bu heyvanı daha təqib etməməli, yazıqdan birdəfəlik əl çəkməliydi.


Ötən əsrin əvvəllərində bu sirli ünvanın qapısına yaralı ceyran deyil... yox... yaralı, kimsəsiz, ac-susuz iki zavallı qonaq gəldi. Fayton qapıda dayandı əvvəlcə. İçindən əli məşəlli Məhəmməd Əmin Rəsulzadə düşüb sakit səslə atası Axund Ələkbəri səslədi: "Ata, bu yaralı kişi yaxın silahdaşımdı. Gürcüdü. Stalin... Çar xəfiyyələrindən birtəhər qaçıb canımızı qurtarmışıq. Bizi bu ”ceyran ocağı"nda gizlət".


Stalindən sonra bu ocaqda, bu kənddə başqa zavallılar da özünə şəfa tapmaq istəyir. Belələrindən biri kim olsa yaxşıdı?

Dünya şöhrətli alim Lütfi Zadənin valideynləri - atası Rəhim Ələskərzadə, anası Feyqa Moiseyevna Korenman.


***


Lütfi Zadənin atası Rəhim Ələskərzadə Ərdəbildə, ziyalı ailəsində dünyaya göz açsa da bu şəhərdə çox da qərar tuta bilmir. Səttar xan hərəkatı zamanı İranda yaranmış hərcimərclik yazığı məcbur edir hələ lap gənclik vaxtlarında Bakıya köç etsin. Rəhim Ələskərzadə, bir çox ərdəbillilər kimi öz bəxtini neft mədənlərində sınamır o vaxt. İynəsini yaxasına sancmış dərzi kimi hərəkət edir Bakıda. Bircə fərqlə-yaxasına iynə deyil, öz iti qələmini sancır. "İran” həftəlik qəzetinin Bakı müxbiri kimi fəaliyyətə başlayaraq öz sahəsində tezliklə yaxşı nəticələr əldə edir. Sözü burda verək Lütfi Zadənin özünə: "Dəli tale, atamı əvvəlcə Bakıya atdı, sonra Tehrana qaytardı. Mən Bakı ətrafındakı Novxanı kəndində dünyaya göz açdım. Sonra biz köçdük Amerikaya. Gördüyünüz kimi, biz bir növ dünya vətəndaşıyıq. Bir yerdə artıq çox da qərar tuta bilmirik. Hələ bilinmir sabah yel əsib bizi sarı payız yarpağı kimi hansı uzaq mənzilə dartıb aparacaq. Bu karvan çoxdan yoldadır. Nə ilk mənzili bilinir, nə son”.


Lütfi Zadəyə dünya şöhrəti qazandıran "qeyri-səlis məntiq”in ilk işartılarını, kökünü gəlin bax bu mürəkkəb, ziddiyyətli taledə, həyatda axtaraq. Əvvəla, bu həyat qəribçiliklə başlayıb qəribçiliklə də davam edir hələ də. Lütfi Zadəni daim bir ünvandan digərinə dartıb sürükləyir. Bu həyatda daşlaşmış, oturuşmuş bəsitləşmiş heç nə yoxdu. Adi məntiq qanunları ilə bu ziddiyyətli, mübahisəli həyatı heç kim, heç bir köpəkoğlu alim indi bizim üçün izah edə bilməz.
Qeyri-səlis məntiq nəzəriyyəsi ilə silahlanmış alimlərdən başqa.


***


Məntiq dünyasına güvənsən, bəli, bu həyatı heç vaxt doğru-dürüst qavraya bilməzsən. Deyə bilməzsən ki, tutaq ki, niyə Lütfinin atası Bakıya gəlib əvvəlcə. Sonra Bakını tərk etməyə məcbur qalıb. Niyə Tehrana qayıdıb, niyə sonra okeanın o tayına salıb yolunu? Niyə? Niyə? Niyə?


***


Bakıda ikən Rəhim kişi burda özü kimi bir başqa qərib insan ilə-tibb tələbəsi Fanya Moiseyevna Koriman ilə tanış olub bir könüldən min könülə bu yəhudi gözəlinə vurulur. Oxşar tale, hər iki qəribi bərk düşündürür.


İkisi də hərc-mərclikdən yaxalarını birtəhər qurtarıblar. Gəliblər tozlu, susuz, yağışsız Bakıya. İkisi də, məhdud milli çərçivələrdə görmürlər öz gələcəklərini. Fanya, Odessadakı yəhudi qətliamlarından sağ salamat çıxıb, Rəhim İrandakı dərəbəylikdən. İkisi də, cisimcə olmasa da, ruhən yaralıdı. Lap o duz gölü kənarındakı ceyranlar kimi. Xain ovcu gülləsindən canını qurtaran sevgi cütlüyü özünə asudə bir yer axtarır ki, orda öz ilk körpələrini-gələcəyin böyük alimi Lütfi Zadəni həyata gətirsin.


Məhz o vaxt "qeyri-səlis” məntiq özü dil açıb bu "Əli ilə Nino”nun qulağına pıçıldayır ki, belə bir münasib yer Novxanı kəndində, duz gölü kənarındakı Ceyran baba pirindədir. Vaxti ilə əzazil Stalinə bu ocaq şəfa verib. Onu çar xəfiyyələrinin uzun əllərindən qoruyub. Gedin ora. Sonrası Allah kərimdi.


***


1921-ci ilin 4 fevralında, Novxanıdakı "Ceyran piri” həndəvərində dünyaya göz açan Lütfi Zadə demə yaman bəxtli körpə imiş. Atası Rəhim Ələskərzadə də təkcə jurnalist deyil, həm də öz dövrü üçün çox vacib tacir istedadı da varmış. O, Bakıdakı kibrit qıtlığını görüncə tez barmağını dişləyir. Bilir ki, hə... İrandan Bakıya kibrit gətirib satsa yaxşıca pul, sərvət qazana bilər. Azərbaycan Universitetinin Şərqşünaslıq fakultəsində təhsil alan Rəhim, elə o vaxt kasıbçılığın qıçını sındıraraq ailəsini Novxanıdan Bakıya gətirməyi bacarır.


Lakin sən saydığını say, gör fələk nə sayır. Gör həyatın ana qanunu-"qeyri-səlis məntiq" dünyası səni yenidən hardan hara atacaq növbəti dəfə.


***


Ziddiyyətlər, belə deyək "qeyri-səlis məntiq” elə ilk günündən Lütfi Zadəyə qır-saqqız olub yazıqdan bir an belə əlini üzmür. Uşaq, əvvəlcə rusca öz ilk təhsilini alır. Rus klassiklərini orijinalda oxuyur. Sonralar Lütfi Zadənin Tehran dövrü barədə öz xatirələrini qələmə alan arvadı Fey Zadə görün bu barədə nə deyib:


"Ərimi ilk dəfə görəndə 12 yaşım vardı. Ruscası əlaydı. Kitabxanasında 2000-dək kitab vardı. Hamısı da rus dilində”.
Lütfi, sözsüz bu kitabxanasını Bakıda yığıb əvvəlcə. Hələ uşaq ikən Bakı bukinistlərinə öz sifarişlərini göndərib daim. 1931-ci ildə ailə İrana sürgün edildiyi zaman Lütfi öz kitablarına unutmur əsla. İki min nüsxəlik bu nəhəng kitabxanasını Tehrana dartıb aparır özü ilə.


Arvadı Fey Zadə mövzunu davam etdirir: "Lütfi Zadənin Rusiya ilə, rus dili ilə əlaqələri çox dərindi. O, rusca dil açıb, biləsiz. Rus klassiklərini orijinalda oxuyub. Nahar, yaxud şam yeməyindən sonra əli həmişə ruz qəzetlərinə uzanacaq. Televizoru həmişə Moskva dalğasına köklənib”.


***


Bakıdakı rusdilli təhsilini Lütfi Zadə Tehranda bir başqa dildə-ingiliscə davam etdirmək məcburiyyətində qalaraq yenə eyni fikrə dalır: "Niyə həyat bu qədər ziddiyyətli, qarışıqdır? Niyə rusca təhsilimi qəfil ingiliscə davam etməliyəm? Niyə SSRİ-dən ayrıldıq biz? Niyə Tehrana gəldik? Niyə burda mən adi məktəbdə deyil, Amerika missionerlərinin ”Alborz" mədəniyyət mərkəzində təhsil almalıyam? Niyə? Niyə?"


Ziddiyyətlər, qeyri-səlis məntiq (ingiliscə "fuzzy loqic”) kabusu Tehranda da Lütfi Zadənin taleyindən silinmir. Tacirlik istedadı burda da atası Rəhimə imkan yaradır növbəti dəfə öz çulunu sudan quru çıxarsın. O, İrandakı işğalçı amerika ordusunu tikinti ləvazimatı ilə təhciz edərək nəticədə yenə də varlanır. Gənc Lütfi bütün bunlara sırf həyat qanunauyğunluğu kimi deyil... yox... bir başqa göz ilə, "qeyri-səlis məntiq” nəzərləri ilə baxır. Qərara gəlir ki, həyatın qanunu məntiq deyil, ziddiyyətlərə əsaslanır. Bu ziddiyyətin riyazi tənliyini, fiziki formulasını tapmaq dönür Lütfinin ana hədəfinə.


***

Lütfi Zadə dünyaya nələr bəxş etdi...


Ziddiyyətlər silsiləsi, mozaikası Tehranda Lütfiyə özünün daha bir yeni hədiyyəsini edir. O, "Alborz” məktəbində Litvadan İrana qaçmış yəhudi qızı Fey ilə tanış olur. Qərara gəlir öz həyatını bu qız ilə bağlayıb okeanın o tayına, Amerikaya köçsün. Hiss edir ki, özünün "fuzzy loqic” nəzəriyyəsini ancaq və ancaq Amerika kimi futurist, gələcəyə açıq bir ünvanda gerçəkləşdirə bilər. Nəinki İran kimi ənənəyə bağlı bir yerdə. Tehran Universitetinin elektromexanika bölümünü əla qiymətlər ilə bitirincə 1944-cü ildə Lütfi tüpürür eyyy qup-quru dabanlarına. Yallah, köçüb gəlir Amerikaya. Əvvəl öz istedadını Massaçuset Universitetində sınayır, sonra Kolumbiya, Berkli universitetlərində.

Image result for Lütfi Zadə


1964-cü ildə o, nəhayət öz şeytanın qıçını qıraraq "fuzzy loqic” nəzəriyyəsini Universitet kafedralarından elan edib aranı möhkəmcə qarışdırır. O vaxt da Lütfi, bilmirəm niyə, nəyə görə öz daxilində Bakını, doğma vətənini bir də görmək təlabatını hiss edir. Əvvəl müqavimət göstərir içindəki bu şairanə hissiyyata. Sonra görür yox eeyyy... bu arzusudu "fuzzy loqic” məntiqi çərçivəsindədir elə. Amerikaya... üzr istəyirəm dabanına tüpürərək durub gəlir SSRİ-yə, nəhayət Bakıya. Sonra Yaponyanı ziyarət edir.


Sözü verək burda Fey Zadəyə: "Bakıya təzim etmədən o, görünür öz nəzəriyyəsini elan etmək istəmirdi. Amerikada əvvəlcə bir o qədər də ciddiyə almırdılar Lütfini. Bu ideyaya siftə yaponlar, bir də Sovet alimləri dəyər verdi. O, bu nəzəriyyəsini eyni vaxtda həm SSRİ elminə təqdim etdi, həm də Amerika alimlərinə. Moskvanın ”İnformasiya nəqli məsələləri" dərgisində çap olunan məqaləsini o özü ruscaya tərcümə etmişdi. Burdakı əsas elmi ifadələri məhz özü zərgər dəqiqliyi ilə ruscaya uyğunlaşdırmışdı. Əfsus Lütfinün bu navatorluğu rusları deyil, yaponları qəflət yuxusundan oyatdı".


***


O sübut etdi ki, rəqəmlər dəqiq, bəsit deyillər. O sübut etdi ki, dünya ağ və qara rənglərdən ibarət deyil. Ortada çox sayda naməlum ölçülər, rəqəmlər, hələ öz işarəsini, adını qazammamış anlayışlar var.


Alimin ixtirasını ilk dəfə 1973-cü ildə bir buxar makinasında professor İbrahim Madani sınaqdan uğurla çıxarıb. 1980-ci ildən sonra Lütfi Zadənin ulduzu elm sahələrində daha da alışıb parlayır. Yaponiyada "qeyri-səlis məntiq” əsasında yaranmış yeni texnologiyalar əsl möcüzəyə səbəb olur. İndi Yaponiyada mindən çox alim bu sahəni araşdırır. Çində isə indi 10 mindən çox "nisbi məntiq” mütəxəssisi mövcuddur. Müasir dövrün ən incə dəqiq hesablamaları, texnologiyaları indi "fuzzy loqic” nəzəriyyəsi olmadan mümkün deyil. Yeni robotlar nəslini istehsala buraxanlar indi öz bütün hesablamalarını məhz "qeyri-səlis məntiq” əsasında hazırlayırlar.


***


Dünyanın dəqiq ölçülərini sözün əsl mənasında bilən bu həmyerlimiz ömrünün son günlərini yaşayır deyəsən. Dünya elminə yeni say sistemi bağışlamış alim, deyilənlərə görə vətənində-doğma Bakısında torpağa basdırılmağını istəyir.
Arzusu, mərbuatımızda, sosial şəbəkələrdə mübahisələrə səbəb olsa da, geniş ürəkli olaq. Azərbaycan torpağında Lütfi Zadənin sözsüz halal beş-altı metr torpaq sahəsi var.


Qeyri-səlis məntiqlə baxaq gəlin bu alimə. Günahlarını bağışlayaq. Xidmətlərini gözardı etməyək. Nəzərə alın- onu yəhudilər, amerikalılar, ruslar, iranlılar da özününkü bilərlər.


Bu say sistemi bizə hələ çox lazım olacaq. Görərsiz. Gələcəyə indi ancaq bu ölçülərlə getmək mümkündür axı.
Yaralı ceyran yenə də öz "Ceyran baba” ünvanına, Bakıya qayıtmaq istəyir. O, öz doğma duzuna, vətəninə təşnədi...


Həmid HERİSÇİ

Xəbər 2222 dəfə oxunub






Oxşar xəbərlər

Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16909] initstartout [0.00014] initstartin [0.00063] calstart [0.00862] calend [0.00047] topnewsend [0.00353] rsssend [0.00000] ehgend [0.00614] tagsstart [0.00057] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14895]