Mahmudovla görüşən deputatın biznesi çökür

  • 26 yan 2017, 16:24
Deputat Nəriman Əliyevə məxsus "Ştutqart” mağazalar şəbəkəsi iflas prosesindədir.

Məlumata görə, deputat bütün çabalarına baxmayaraq, iflasdan can qurtara bilməyib: "Hazırda iflas üçün məhkəməyə müraciət etməkdən ötrü sənədlər toplanır. Lakin deputat hələ də ümidini tam itirməyib, şirkətini qurtarmaq üçün səy göstərir”.


Xatırladaq ki, məlum MTN olaylarından sonra hədəfə gələn deputat Nəriman Əliyev çox çətin günlər yaşayıb. Deputata məxsus "Ştutqart” mağazalar şəbəkəsi iflas həddinədək yuvarlanıb. Belə ki, ləğv edilən MTN-in rəhbəri Eldar Mahmudov vəzifəsindən alındıqdan və məlum olaylar baş verdikdən sonra N.Əliyev də "ortalıqda” qalıb: "Əsas zərbə isə dolların həddən artıq bahalaşması olub”. 

Qeyd edək ki, "Ştutqart” Azərbaycana avtomobil hissələri gətirən şirkətdir. İndiyədək bu mağazalar kifayət qədər gəlirli olub. Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan "Ştutqart” mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş. Eldar Mahmudovdan sonra himayəçisini itirən Nəriman Əliyevin böyük ziyana düşdüyü deyilir.

Lakin N.Əliyevin biznesi bununla yekunlaşmır. O, İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat olan Nəriman Əliyevi hamı daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Masallı rayonunda "Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu MTN-dən keçib. Eldar Mahmudovun rəhbəbərlik etdiyi bandanın hədəfinə düşən Nəriman Əliyev qısa müddətdə "verbovka” olunub və sabiq MTN şefi üçün işləməyə başlayıb. Bəzi iddialara görə, Nəriman Əliyevin İran üzərindən ermənilərlə ticarət əlaqələrini öyrənən Eldar Mahmudov onu məhz bu zəifindən yaxalayıb. "İş adamı”nı MTN-in təcridxanasına gətizdirilib və bundan sonra MTN şefinin şərtlərini qəbul edən Nəriman Əliyev Mahmudovun sadiq adamına çevrilir.

(Tərəfdar.az) 

Oxşar xəbərlər