Azərbaycanlı futbolçunu öldürən erməniyə hökm oxundu

  • 13 iyul 2016, 18:25
Rusiyanın Yekaterinburq şəhər Məhkəməsi azərbaycanlı sabiq futbolçu Emil Hüseynovu qətlə yetirən qarışıq döyüş (MMA) üzrə idman ustalığına namizəd Tiqran Çiçakyana hökm oxuyub.
 
Erməni idmançı 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
Qeyd edək ki, Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində aprelin 19-da ermənilərlə dava zamanı bıçaqlanıb. Hüseynov futbolçu karyerası ərzində "Neftçi", fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra həmyerlimiz futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünyasını dəyişib. (Report)
Oxşar xəbərlər