Əfsanəvi Emil Baku dünyasını dəyişdi

  • 18 yan 2016, 22:31

Azərbaycanlı məşhur boksçu Emil İsrafilbəyovun (Emil Baku) ağır xəstəliyə tutulduğu barədə xəbər vermişdik.

 

Bu gün məşhur boksçumuzun ölüm xəbəri yayılıb. Daha doğrusu, boks üzrə Avropa çempionu Ağəli Alışov bu barədə "facebook" səhifəsində status yazıb.

"Əziz həmvətənlər, bu dəqiqə aldığım məlumata görə, ölkəmizi peşəkar boks rinqlərində layiqincə təmsil edən "Emil Baku" kimi tanınan Emil İsrafilbəyov rəhmətə getdi. Bu günlərdə Emilə dəstək olmağa çalışan hər bir kəsə təşəkkür edirəm! Allah rəhmət eləsin, məkanı cənnət olsun!”

 

E.İsrafilbəyov 44 yaşında beyin xərçəngindən vəfat edib. A.Alışov idmançının dəfni ilə bağlı əlavə bilgiyə malik olmadığını söyləyib.

 

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə "Baku” ləqəbini seçiblər.

 

Emilin dostları sosial şəbəkələrdə çağırış edərək idmançıya maddi və mənəvi dəstək olmaq üçün kampaniyaya başlamışdılar.

Oxşar xəbərlər