Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:35 - 18.08.2019  
Qubanın icra başçısının Avropadakı biznesi – (FOTOFAKT)
Tarix: 4-02-2019, 18:08 | Bölmə: Xəbərlər » Kriminal

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avropadakı biznesini ifşa edib.

Demokratik.Az jurnalistin sosial şəbəkə üzərindən yayımladığı yazını təqdim edir:

 

 

Qubanın icra başçısının Avropadakı biznesi – (FOTOFAKT)Ölkədə bir-iki karxanasından başqa gözə elə bir biznesi dəyməyən, saytlarda özü haqqında palaz-palaz yazılar çıxartdırıb "dövlətçiliyə xidmət və sədaqət” minnətini böynumuza qoymağa çalışan bir icra başçısının da səsi Avropalardan gəlir.

Adam "Əməkdar mühəndis” adı alıb. Uzun illər yol təsərrüfatında rəhbər vəzifələrdə işləyib, elə o vaxtdan yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini çex qadına həvalə edib. Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açıb. Tikinti materialları ticarətinə girişib. Bu o adamdır ki, 2017-ci ilin dekabrında Quba rayonuna icra başçısı təyin olunub.

Arayış: Quba rayon İcra Hakimiyyətinin başçısı Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olub. 2002-2008-ci illərdə "Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-nin "77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə "Azəryolservis” ASC-nin "81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə "Azəravtoyol” ASC-nin "Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Cənab Əliyev Çexiyada şirkətini hələ "Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan AZ SERVIS – NR s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.

Şirkət Çexiyanın Brno ədliyyəsindən 28267184 saylı qeydiyyat şəhadətnaməsi alıb. İlk qeydiyyat ünvanı Brno, Nezamyslova 2799/28, PSČ 61500 olub. Hazırda icra başçısına məxsus şirkətin ofisi Brno şəhəri, Příkop küçəsi 4 ünvanındakı Internationale Business Center-də yerləşir. Fəaliyyət sahəsi: istehsal, xidmət, ticarət.

Ziyəddin Əliyev ilk əvvəl, yəni 2008-2009-cu illərdə şirkətin idarəçiliyini tanışı, 1969-cu il təvəllüdlü IRINA MICHAJLIKOVÁ həvalə edib. Lakin 2009-cu ildə aralarındakı narazılıqdan dolayı Ziyəddin Əliyev onu şirkətdən uzaqlaşdırır.

2017-ci ilə qədər şirkəti özü idarə edən Ziyəddin Əliyev həmin il oktyabrın 16-da, yəni Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat almasından ay yarım əvvəl onu o zaman Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı olan 26 yaşlı oğlu Nicat Əlibəylinin idarəçiliyinə verir. Görünür Ziyəddin Əliyev artıq yeni vəzifə üçün sənədlərini təqdim etmişdi və prezidentin sərəncamını gözləyirdi.

2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır. Qeyd edim ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb.

Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb. Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. S.M.A.N Business Solutions GmbH Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb. Şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.

Şirkətin hissələrinin 51 faizi Ziyəddin Əliyevin Çexiyada sahibi olduğu AZ SERVIS – NR s.r.o. şirkətinə, 49 faizi isə Sübhan Məmmədli adlı şəxsə məxsusdur. S.M.A.N Business Solutions GmbH-ni AzPROMO-nun Avstriyadakı nümayəndəsi, Qarabağ Vyana klubunun meneceri Ramin Şükürov idarə edir.

 

Qubanın icra başçısının Avropadakı biznesi – (FOTOFAKT)

 

Adıkeçən hər kəsin "Demokratik.Az"-da söz haqqı var!

 

Xəbər 1418 dəfə oxunub






Oxşar xəbərlər

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT
BDU-nun müəllimi oğlunu işə düzəltmək üçün 50 min rüşvət verib – TƏFƏRRÜAT
Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər
Bank sektorunda təhlükəli qayıdış: Baş bankir nədən narahatdır?
Saxta "jurnalistlər" liseyə hücum çəkdi, direktoru söyüb “xox” gəldilər – Gəncədə KURYOZ OLAY
“Youtube müxalifəti”nin inqilab çağırışlarına Bakı müxalifətindən reaksiya
ABŞ həyəcan təbili çalır: İŞİD “dirilir”...
Qarabağ üçün Ankara-Moskva tandemi
Xoşqədəm Hidayətqızı sələmçi imiş - Məhkəmə QƏRARI
Açıqlama: “Yenidən güclü külək gözlənilir”
İlham Əliyev sərəncam imzaladı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16346] initstartout [0.00017] initstartin [0.00094] calstart [0.00992] calend [0.00060] topnewsend [0.00389] rsssend [0.00000] ehgend [0.00819] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13905]