Xəbər lenti
Bütün xəbərlər

Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR

  • 13 iyul 2018, 12:33

Gəncədə baş verən arzuolunmaz TERROR təpkili olayların ardından, ictimai rəydə müzakirə olunan mövzulardan biri də şəhərə yeni icra başçısı təyinatıdır. Bu kürsüyə layiq olduğu iddiaları ilə, dillərdə dolaşan müxtəlif isimlər var. Onların sırasında digər rayonlarda icra başçısı olan, ciddi reputasiyalı kiminsə transferi də mümkün görünür. Amma insanları qayğılandıran əsas odur ki, Gəncəyə tezliklə yeni rəhbər təyin olunsun.

"Demokratik.Az"-ın məlumatına görə, davranış və hərəkətləri aşırı narazılıq doğursa da, Elmar Vəliyev qədər dinamik, abadlıq-quruculuğa olduqca həssas yanaşan, qətiyyətli birinə alternativ kadrı tapmaq asan görünmür.

Hazırda icra başçısının səlahiyyətlərinin icrası İHB-nin 1-ci müavini Elnur Rzayevə həvalə olunub. Bir çoxları məhz onun icra başçısı qalmaq şansını yüksək qiymətləndirir.  

Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Aşağı Şorca kəndində anadan olub. 2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib. Fərdi davranışlarında və insanlarla ünsiyyətdə mülayimliyi ilə seçilib, indiyədək heç bir qalmaqalda və tənqiddə adı çəkilməyib.

"Demokratik.Az"a daxil olan məlumata görə, Gəncəni tanıyan və gəncəlilərin də yaxşı tanıdığı aşağıdakı rayon icra başçılarının da adı hallanır.

İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun xarizması, təcrübəsi və ADAU-da rektorluğu illərində Gəncənin ictimai-siyasi mühitindəki rolu müsbət xarakterizə olunur.

Sadıqov Mirdaməd Mirsadıq oğlu 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnsititunu bitirib. 

1977-ci ildən 1982-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutu komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1982-ci ildə maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib.

1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru (Azərbaycan Maliyyə-İqtisad Kolleci) olub.

1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib.

2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb.

2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib. 2 sentyabr 2010-cu il tarixdə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona "Əməkdar Elm Xadimi” fəxri adı verilib. 14 fevral 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

İqtisad elmləri doktoru, professordur. 

1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

İctimai müzakirələrdə adı daha çox hallanan aday isə İmişli rayon İHB-nin başçısı Vilyam Hacıyevdir.

Vilyam Faxralı oğlu Hacıyev 10 avqust 1957-ci ildə Göygöl şəhərində anadan olub.1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. 

1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin Başçısıdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən biridir. İcra başçısı işlədiyi rayonlarda özünəməxsus abadlıq-quruculuq zövqü və bacarığı ilə xüsusi diqqət çəkib.

Təbii ki, bunlar mülahizə və iddalardır. İcra başçılarını vəzifəyə təyin və azad etmə səlahiyyəti ölkə başçısı cənab İlham Əliyevin müstəsna səlahiyyətidir.

Demokratik.Az

 

 

Oxşar xəbərlər