Sabah Robert Köçəryanın məhkəməsidir

  • 31 yan 2019, 21:35

Fevralın 1-də, yerli vaxtla saat 15.00-da İrəvanda Ermənistanın eks-prezidenti Robert Köçəryanın məhkəmə prosesi keçiriləcək. 

Erməni mediası bu barədə xəbər yayıb.

Məlumata görə, müdafiə tərəfi keçmiş prezidentin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına etiraz etdikləri üçün vəsatət qaldırıb. Vəkil Ayk Alumyan mətbuata deyib ki, müdafiə tərəfi bu gün məhkəməyə şikayət ərizəsini təqdim edib. Vəkilin sözlərinə görə, prosesdə Köçəryanın çıxışı gözlənilir.

Qeyd edək ki, Ermənistanın xüsusi istintaq qrupunun mürackiəti əsasında R.Köçəryanla bağlı həbs qətimkan tədbiri 18 yanvarda daha iki ay müddətinə uzadılıb və girov müqabilində onun azadlığa buraxılması barədə müdafiəçilərin vəsatəti təmin edilməyib. Odur ki, vəkillər apelyasiya şikayəti veriblər.

Oxşar xəbərlər