11 qadını öldürən təcavüzkar edam olunub

  • 03 yan 2019, 09:14

Cümə axşamı Çində 1998-2002-ci illərdə 11 qadın və yetkinlik yaşına çatmayan qızı qətlə yetirən təcavüzkar Qao Çenyun edam olunub.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Bayin şəhərinin Xalq Məhkəməsinin bəyanatında deyilir.

"Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsinin qərarına əsasən, ölüm hökmünün icrasına dair əmrə müvafiq olaraq, cümə axşamı səhər Qao Çenyun edam edilib”, – deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər