Kral ailəsinin üzvü edam edildi-Küveytdə

  • 26 yan 2017, 12:12
Küveytdə 1-i qadın olmaqla 7 nəfər edam edilib. Edam edilənlərdən biri kral ailəsinə mənsubdur.

İqtidarda olan El Sabah ailəsinin üzvü Faysal Abdullah el Haber el Sabah asılaraq edam edilib. Kral ailəsinin üzvü qanunsuz silah gəzdirmə, və mütəşəkkil cinayətkarlıq cəzalarına görə edam edilib.

Asılanlar arasında iki Küveyt, iki Misir, bir Banqladeş, bir Filippin və bir nəfər Efiopiya vətəndaşı var.

Qeyd edək ki, son dörd ildə Küveytdə edam hökmü icra edilmirdi.
Oxşar xəbərlər