Demokratik TV
Xəbər lenti
DGK-nın mayoru rüşvətə görə gömrük orqanlarından xaric edildi
- 07 noy 2018, 21:25
Dövlət Gömrük Komitəsinin (DGK) mayoru Ayaz Cəfərəliyev rüşvətə görə vəzifəsindən azad edilib.
"Report” DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.
Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib.
Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu və Rəhimov Rəşad İbrahim oğlu barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Gömrük komitəsinin şöbə rəisi həbs edildi
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Gömrük postunda Türkiyə vətəndaşı öldü
General daha iki rüşvətxor gömrükçünü işdən qovdu
“Sınıq Körpü”də gömrük işçisi döyülüb?
Gömrük "BOSS"u Ağdama gedəcək
Gömrükdən sahibkarlara şad xəbər
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti