Yağmurlu hava şəraiti nə qədər davam edəcək?

  • 07 noy 2018, 06:16
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Bakıda və Abşeron yarımadasında gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 11-16, dağlarda 3-7 dərəcə isti təşkil edəcək. 
Oxşar xəbərlər