Gələn həftənin ilk iş günü hava necə olacaq?
- 14 okt 2017, 14:16
Oktyabrın 16-dan Azərbaycanda havanın temperaturu yenidən enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən saytımıza verilən məlumata görə, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15°,
gündüz 19-21° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 15-də hava əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacağı gözlənilir.
