Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:19 - 19.11.2018  
“AST Telman” Putinlə bütün körpüləri yandırdı
Tarix: 3-11-2018, 09:43 | Bölmə: Xəbərlər » Kriminal

Müflis olmuş oliqarx Telman İsmayılov Rusiya prezidentinə məktubla müraciət etməsi xəbərini bu cür təkzib etdi: "Belə bir məktub yoxdur və ola da bilməz...”

“AST Telman” Putinlə bütün körpüləri yandırdıMüflis olan azərbaycanlı iş adamı, AST Şirkətlər Qrupunun qurucusu Telman İsmayılovun ("AST Telman”) bu ilin oktyabr ayının 25-də Rusiya prezidenti Vladimir Putinə məktub yazması barədə xəbər yayılıb.  İddia olunurdu ki, 2017-ci ilin dekabrından İnterpol xətti ilə beynəlxalq axtarışda olan "AST Telman” 12 səhifəlik məktubunda bildirib ki, "Çerkizov” bazarı bağlandıqdan sonra ədalətsiz situasiya ilə qarşı-qarşıya qalıb. Belə ki, onun kiçik partnyorlarına bizneslərini davam etdirmələri üçün digər iri meydanlar ayrılsa da, ona heç nə verilməyib.

Bundan başqa, keçmiş tərəfdaşları əlaqələrindən istifadə edərək ona hücum etməyə başlayıblar, maliyyə durumunu sarsıdıblar. Hüquq-mühafizə orqanları xətti ilə təqib olunduğu üçün ölkəni tərk etməyə məcbur olub. Daha sonra isə iki nəfərin qətlində ittiham olunaraq axtarışa verilib. T.İsmayılov eyni zamanda ona qarşı irəli sürülən cinayət ittihamını qəbul etmədiyini yazıb.

Bu xəbərdən sonra Putinin T.İsmayılovu hətta bağışlayacağı, onunla bağlı məsələlərə yenidən baxılacağı da iddia olunurdu.

Noyabrın 2-də isə T.İsmayılov Rusiya prezidentinə  məktub yazdığı barədə xəbəri təkzib edib. T.İsmayilov  bu xəbəri təxribat adlandırıb. "Belə bir məktub yoxdur və ola da bilməz. Deyilənlər yalandır” deyə, biznesmen deyib.

T.İsmayılovun Putinə məktub yazması barədə xəbərləri az qala 10 gündən sonra təkzib etməsi suallar doğurur. Özü axtarışda olsa da, hazırkı kommunikasiya imkanları ilə hətta həbsxanadan belə istənilən informasiyanı təkzib etmək mümkündür. Yəni "AST Telman”ın  bu xəbərin tirajlanmasına bu qədər müddət sonra reaksiya verməsi düşündürücüdür.

Mümkündür ki, T.İsmayılov həqiqətən də belə bir məktubla Rusiyanın dövlət başçısına müraciət etsin. Amma ya Kremldən lazımı reaksiya verilmədiyindən, yaxud da ona "gəl, bunları istintaqda sübut et” kimi cavab verildiyindən T.İsmayılov indi bu məktub məsələsini təkzib edir. Özü də necə? "Belə bir məktub yoxdur və ola da bilməz” kimi sərt mövqe ilə.

Əslində, uzun müddət Rusiyanın siyasi və biznes elitasında söz sahibi olan T.İsmayılovun V.Putinə müraciət etməsində qeyr-adi heç nə yoxdur. Amma xəbəri təkzib edən "AST Telman” əlavə edir ki, "belə bir məktub ola da bilməz”. Yəni  T.İsmayılov üslubu o deməkdir ki, Putinə heç vaxt kömək və ya ədalətli araşdırma üçün müraciət edə bilməz. Yeri gəlmişkən, T.İsmayılovu Vladimir Putin iki dəfə təltif edib.

T.İsmayılovla Putinin arasını vuran isə  iş adamının Türkiyədə 1,4 mlrd. dollara 2009-cu ildə açılışını etdiyi yeddiulduzlu "Mardan Palace” hoteli olub. Rusiyanın 2008-ci il defoltundan sonra İsmayılovun  bu hərəkəti Kreml rəhbərlərinin xoşuna gəlməyib və bundan sonra T.İsmayılov onların gözündən düşməyə başlayıb. Ona qarşı təqiblər başlanıb.

Nəticədə İsmayılovla münasibətinə görə Moskva meri Yuri Lujkov vəzifəsini itirməli olub. T. İsmayılovun Moskvada əsas gəlir mənbəyi olan  "Çerkizov” bazarı məhv edilib. O həmçinin Moskvada tikdirdiyi hoteli və Arbatdakı məşhur "Praqa” restoranını da itirib.

T.İsmayılov özü isə bir müddət əvvəl "tezliklə avropalı jurnalistləri toplayacağam və nüfuzlu rusiyalı siyasətçilərdən biri ilə qapalı danışıqlarımın mövzusunu açıqlayacağam. O, rəqabətə dözməyərək güc strukturlarının köməyi ilə biznesimi ələ keçirib” desə də, bu barədə hələ də susmağa üstünlük verir.

Yada salaq ki,  Rusiya İstintaq Komitəsi T.İsmayılovu və qardaşını iki biznesmenin qətlinə sifariş verməkdə, mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaqda ittiham edir. Onun qardaşı Vaqif İsmayılov hazırda həbsdədir. T.İsmayılov isə Avropa ölkələrindən birindədir, barəsində beynəlxalq axtarış elan edilib. T.İsmayılovun Rafiq adlı qardaşı şəriki olan iş adamı Vladimir Savkinin qətlində suçlanaraq həbs edilib.  Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

"Yeni Müsavat”

Xəbər 361 dəfə oxunub






Oxşar xəbərlər

Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR
Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın edilib
17 NOYABR - Azərbaycanda Milli Dirçəliş Günüdür
Əxlaqsız FETÖ-çü əli qandallı Türkiyəyə gətirildi
Qurban Qurbanov: "Rəqibin sürprizlərinə hazır olacağıq"
Abeli bihuş edən və bitirən şərab - "ABEL MENDOZA"
Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO
“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Rəmişin fanatı ustadına dil uzadanlara meydan oxudu
Sahil Babayevin müavini Mikayıl Cabbarovun müavini oldu - TƏYİNAT
Sədərək bazarındakı yanğın söndürülüb
Faiq Ağayev sabiq rektoru belə ələ saldı – FOTO
GDU-da kafedra müdirinə yazılan "DƏVƏTNAMƏ" və papaqla alın tərindəki xəcalət
Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…
Fazil Mustafa replika atdı: "Kitab daşıyıram, şərab haramdır"
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır
Ramiz Rzayev hakimlərin sayının azlığından danışıb
Yasamalın sabiq icra başçısı Türkiyədə ürəyindən əməliyyat olunub
“Sədərək” bazarında yanğın - SON DƏQİQ
Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? -AÇIQLAMA
Məhərrəmovların Madriddəki şərab biznesi və son nitqi / VİDEO
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14744] initstartout [0.00016] initstartin [0.00087] calstart [0.01038] calend [0.00059] topnewsend [0.00553] rsssend [0.00000] ehgend [0.01730] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11206]