Xəbər lenti
Bütün xəbərlər

AST Telman danışdı: "Söhbət ən yuxarıda oturan şəxsdən gedir. "

  • 03 dek 2017, 12:50

Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Bu barədə milyarderin səs yazısı da yayılıb.

 

Demokratik.Az-ın xəbərinə görə, hələ bir müddət əvvəl bu barədə T.İsmayılov "Rusiya 24” telekanalına müsahibəsində bildirib:

 

"Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb, bunu sübut edə bilərəm. Bir daha qətiyyətlə bildirirəm ki, mən heç bir cinayət törətməmişəm”, - deyə T. İsmayılov vurğulayıb.

Telman İsmayılov açıqlamasında söhbətin ən yuxarıda oturan şəxsdən getdiyinə də işarə edib. 

 

Xatırladaq ki, noyabrın 11-də Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb. T. İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. T.İsmayılov həmçinin qanunsuz silah dövriyyəsində təqsirləndirilir.  Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.

 

Hazırda onun Fransada olduğu bildirilir. Telman İsmayılov söhbətin ən yuxarıda oturan şəxsdən getdiyinə də işarə edib.

Demokratik.Az

Oxşar xəbərlər