İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!

  • 20 sen 2018, 07:33

Türkiyə mediası azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda silahlı basqın nəticəsində öldürüldüyü xəbərini verir.

Hadisə iş adamının Floryadakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu həyata keçirən Gözəl Dəmirov adlı şəxs isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

Böyük təəssüflə bildiririk ki, bu dəhşətli xəbərdə adı keçən Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur. E.İsmayılov Ədalət Partiyasının sədr müavini idi.

Musavat.com-un məlumatına görə, qatil Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun "Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Oxşar xəbərlər