Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:24 - 25.05.2018  
Hüseyn Abdullayevə əlavə ittihamlar irəli sürüldü
Tarix: 26-04-2018, 22:11 | Bölmə: Xəbərlər » Kriminal

Baş Prokurorluq, Vergilər və Daxili İşlər nazirlikləri Hüseyn Abdullayevin həbsi ilə bağlı birgə məlumat yayıb.

Birgə məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində "Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.

Cinayət işi üzrə H.Abdullayev özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilmiş və Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib.

Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilmişdir. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan "Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

Təqsirləndirilən şəxs H.Abdullayevlə zərərçəkmiş şəxslər arasında müdafiəçisinin iştirakı ilə üzləşdirmə istintaq hərəkətləri aparılmış, eləcə də onun Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan bütün hüquqları tam təmin edilmiş və zəruri təminatlarla əhatə olunub.

Hazırda qeyd edilən cinayət işləri üzrə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Demokratik.Az

Xəbər 3873 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda keçiriləcək oyunların tarixi bilindi - Avro-2020
"Jurnalisti yerə yıxıb, üstündə oturub..." - CİNAYƏT İŞİ
Azərbaycan Putindən də təbrik aldı
İlham Əliyevi sevməmək üçün səbəblər…
200 manatlığa ehtiyac var idimi? Ekspert açıqladı
Prezident əfv imzaladı - 634 nəfər azadlığa - TAM SİYAHI
Tramp Azərbaycan Prezidentinə təbrik yazdı
İbrahimbəyovdan XƏYANƏTKAR davranış – Əli Həsənov çağırış etdi
Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı – YENİLƏNİB
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Deputat oğlunun adı yenə qalmaqalda- milyonluq iş
Məhşur futbolçu 9 milyon avro cərimələnib
Ailələrin dağılmasında facebook-un günahı...
İki dünya nəhəngi arasında gərginlik: ABŞ və Çin...
FALINIZA BAXIN! - 24 may
Zöhrə Abdullayevanın oğlu vəfat etdi – FOTO
2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək
İlahiyyat İnstitutuna bina ayrıldı
Elladadan cəsarətli və seksual paylaşım – FOTO
Ronaldo sevgilisi ilə belə dincəlir – Foto
Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – TƏFƏRRÜAT
DTX milyonları oğurlayan hakerləri saxladı
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
Ermənistan hərbçisinin sıngərdə meyiti aşkarlanıb
Məktəblilər arasında bilik olimpiadası keçirilib
Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...
Azərbaycanda ev tikmək qaydaları qəlizləşdi
“İNDİ ADAM BALASI KİMİ İŞLƏYİRLƏR..” - “Cavid Qurbanov
ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDI
Bakı meri postunu bir qadın idarə edir
Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilər
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI
FALABAXMA – 23 may
Tramp: “Şimali Koreyanı güclü dövlətə çevirəcəyik”
Azərbaycan neftinin bir bareli 80 dollara çatır
Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
“Korrupsioner məmurlara ömürlük həbs verilsin”
Qızıl bahalaşıb
Azərbaycan niyə toyuq əti ixracatına başlamır?
"Qusqa"-nın “satdığı” AXCP üzvü azadlıqda…
İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı
Müxalifətçi 30 sutkalıq həbs cəzası aldı
Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev
Azərbaycanda Aqrar Tədqiqatlar Mərkəzi yaradılır
Bakıda iki nəfərin öldüyü dəhşətli partlayışdan - Videolar
Şamaxıdakı qəzalı körpü yenidən tikilir – VİDEO
ABŞ ordusu Suriyadan çıxacaqmı? - Açıqlama
Anna Netrebko Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib
Milli Məclis növbədənkənar toplanacaq
Elmar Vəliyevdən "CÜMHURİYYƏT İLİ" SABOTAJI
Müharibə başladı: 10-dan çox ölü var
Düşmən təyyarələri Füzuli üzərindən uçdu
Sabiq icra başçısına yeni vəzifə verildi (FOTO)
Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlanıb
"Fənərbağça"nın baş məşqçisi istefa verdi
İnam Kərimov sabiq bankirə “Aqrolizinq”də yüksək vəzifə verdi
Yəməndə İŞİD komandiri həbs edilib
Metro istifadəçilərinə şad xəbər
“MTN işçisi” polisi şantaj etdi və… – Təfərrüat
Moskvada Azərbaycanlı biznesmen həbs edildi
Azərbaycan Cumhuriyyətinin 100 illiyi İllinoisdə qeyd edildi
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Paşinyanın siyasi ömrü sürətlə bitə bilər
Tramp ABŞ-a ilk kimi çağıracaq - İlham Əliyevi yoxsa Paşinyanı?
QOROSKOP – 21 may
Naftalanın yeni icra başçısı kimin oğludur?

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10703] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00774] calend [0.00043] topnewsend [0.00271] rsssend [0.00000] ehgend [0.01208] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08281]