DTX əməkdaşları ağac əkdi

  • 18 mart 2018, 13:58

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakı şəhərinin Bilgəh qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçiriblər.

 

 

 

 

 

 

 

 

DTX-nın mətbuat xidmətindən Demokratik.Az-a verilən xəbərə görə, bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və digər müxtəlif növ, ümumilikdə 400-ə qədər ağac əkilib.

 

Doğma yurdumuzun füsunkar təbiətinin və təmiz ekoloji mühitinin qorunması və sağlamlaşdırılması işinə töhfə verilməsi istiqamətində DTX-nin əməkdaşları tərəfindən ağcəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.

 

Demokratik.Az

Oxşar xəbərlər