Jurnalist Nicat Dağlar qəzaya düşdü

  • 07 noy 2017, 20:02

Jurnalist Nicat Dağlar Ağdaş rayonunda avtomobil qəzasına düşüb.

Bu barədə Teleqraf.com-a jurnalist özü açıqlama verib. 

O bildirib ki, hadisə gecə saatlarında Gəncəyə gedən zaman baş verib:

"Gecə "Mersedes" markalı taksi ilə Gəncəyə gedərkən Ağdaşın Ləki kəndində qəzaya düşdük. "Kamaz" markalı yük avtomobili dönmə əməliyyatını düzgün etmədiyi üçün mindiyim taksi ilə toqquşdu".

Jurnalist hazırda vəziyyətinin yaxşı olduğunu deyib:"Xəsarətim ciddi deyil. Ambulator müayinəyə buraxılmışam".

Demokratik.Az

Oxşar xəbərlər