Müğənni Bahar Lətifqızı qəzaya düşüb

  • 25 iyun 2016, 11:17
Bizimyol.info məlumat verir ki, ifaçı axşam saatlarında Sumqayıta, Dünya TV-yə çəkilişə gedərkən qəza keçirib.

Müğənni, "Ford” markalı avtomobili ilə kanalda yayımlanan, əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu "Sirriniz Qalmasın” verilişinə tələsirmiş. Məlumata görə, Bahar Lətifqızı efirə gecikdiyi üçün maşını sürətlə sürüb və qəza baş verib.

Hadisə yerinə DYP əməkdaşları gəlib. Bahar Lətifqızının xəsarət aldığı bildirilir.
Oxşar xəbərlər