Bakıda qadını avtomobil vurub

  • 31 okt 2017, 07:29

Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, aeroport şossesində 1974-cü il təvəllüdlü Əliyev Mahir Həsənağa oğlu idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 1960-ci il təvəllüdlü Abdullayeva Bənövşə Nadir qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sürücü M.Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Demokratik.Az

Oxşar xəbərlər