Xəbər lenti
Bütün xəbərlər

Gənc oğlanı maşın vurub öldürdü

  • 04 may 2017, 10:26
Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Bizimyol.info "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, sürücüsünün adı hələlik açıqlanmayan minik avtomobili şəxsiyyəti məlum olmayan 25-27 yaşlı oğlanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.
Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölmüş şəxsin kimliyini araşdırır.
Hadisəni törətmiş sürücü saxlanılıb.
Oxşar xəbərlər