Əli Əhmədov dollarla kredit götürənlər haqda danışdı

  • 25 fev 2016, 20:34
Xarici valyutada kredit götürən şəxslərə güzəştlərin edilməsi ilə bağlı bir müddətdir müzakirə olunan məsələlərə baş nazirin müavini Əli Əhmədov münasibət bildirib.
 
Hökumət rəsmisi həyata keçməsi mümkün olmayacaq təklifləri ortaya atıb, uzun müddət müzakirə etməyin doğru olmadığını, real resursların imkan verdiyi qədər güzəştlərə gediləcəyini deyib.
 
"Bu barədə təklif var və təklifin üzərində işlənilməlidir. Məsələ diqqətimizdədir. Əgər büdcəyə problem yaratmayacaqsa, məsələnin müsbət həlli mümkündür”, - deyə Əli Əhmədov bildirib.
 
Ötən il dekabrın 21-də manatın ikinci dəfə devalvasiya etməsindən sonra dollarla kredit götürmüş vətəndaşların kredit ödənişlərində çətinliklər yaranıb.
 
Fevralda dəyərini 34 faiz itirən manat dekabrın 21-də yenidən 47 faiz itirib. Mərkəzi Bank yaydığı bəyanatda bunu daha çox neftin qiymətinin enməsi ilə bağlayıb.
 
Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.

anspress
Oxşar xəbərlər