2016-cı il üçün dövlət büdcəmiz 14 faiz artırılır

  • 28 yan 2016, 19:53
Azərbaycanın 2016-cı il dövlət büdcəsinin yenidən baxılması zərurəti dünya iqtisadiyyatındakı proseslər, o cümlədən büdcənin əsas gəlir mənbəyi olan neftin 2014-cü ildə başlayan uclaşması ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında maliyyə naziri Samir Şərifov bildirib: "Bu, adekvat addımların atılmasını düzgün hesab edirik. Ötən il analoji tədbir nəticəsində ilk növbədə Neft Fondunun 2,2 mlrd. dollar həcmində xarici valyutasının qənaətinə nail olduq. Nəticədə, ilkin olaraq 1,7 mlrd. manat həcmində nəzərdə tutulan büdcə kəsiri 633 mln. manata enib".

Nazir ötən ilki büdcənin icrasına gəlidkdə nazir gəlirlər üzrə proqnozun 88,2 %, xərclər üzrə isə 84,3% səviyyəsində icra olunduğunu qeyd edib: "Xərclərin ixtisarı 20% olduqda, hökumət həmin məsələni parlament qarşısında qaldırmalıdır. Lakin ixtisalar həmin səviyyədə olmadığına görə, bunun parlamentə çıxarılamsı məqsədə uyğun hesab edilməyib".

"Neftin qiyməti 2015-ci ilin IV rübündə daha sürətlə azalıb və 30 dollardan da aşağı düşüb. Bu şəraitdə dövlət büdcəsinin gəlirləri yaranmış yeni reallıqlara uyğunlaşdırmalıyıq. 2016-cı ilin icmal büdcəsində xam netin qiyməri 25 dollar/barel səviyyəsində götürüləcək”


"2015-ci ildə müəyyə qənaət olub. Dövlət qarşısında bütün vəzifələri icra etmişik. Bütün sosial, xarici öhdəliklərin icrası, həmçinin bir sıra beynəlxalq təbirlərin həyata keçirilməsi təmi edilib. 2016-cı ilin büdcəsinə gəldikdə, hazırda hökumət tərəfindən büdcənin dürüstləşdirilməsi üzrə iş aparılır. Bu, neftin qiymətinin düşməsi ilə bağlıdır ki, bu da Azərbaycanın gəirlərinə təsirsiz ötüşmür. Neftin 4 dəfə ucuzlaşması valuata daxilolmalarını əhəmiyyətli şəkildə azaldıb. Bu ilin dövlət büdəci hazırlanan zaman baza qiyməti 50 dollar/barel səviyyəsində götürülüb. 2015-ci il üçün bu, düzgün rəqəm olub və ən mötəbər beynəlxalq təşkilatların proqnoz göstəricilərində hətta bundan da yuxarı səviyyə göstərilib. Buna baxmayaraq, neftin qiyməti 2015-ci ilin IV rübündə daha sürətlə azalıb və 30 dollardan da aşağı düşüb. Bu şəraitdə dövlət büdcəsinin gəlirləri yaranmış yeni reallıqlara uyğunlaşdırmalıyıq. 2016-cı ilin icmal büdcəsində xam netin qiyməri 25 dollar/barel səviyyəsində götürüləcək. Bu, mühafizəkar yanaşmadır", - deyə nazir qeyd edib.
S.Şərifovun fikrincə, artıq dünya bazarında neftin qiyməti ən aşağı səviyyəyə düşüb, bundan sonra qiymətin sabitləşməsi, ilin ikinci yarısında isə bir qədər artması ehtimal olunur.

"Mərkəzi Bank tərəfindən manatın məzənnəsinin ucuzlaşması barədə qərarı olub. Manatın məzənnəsində dəyşikliyi də nəzərə almalıyıq, çünki xarici borca xidmət xarici valyutada aparılır. Eyni zamanda, digər xarici öhdəliklər - beynəlxalq təşkilatlarda iştirak haqları, xaricdəki səfirliklər və nümayəndəliklərin maliyyələşməsi, xarici valyuta tələb edən investisiya layhələri ilə bağlı manat ifadəsində xərclərimizi artırmalıyıq", - deyə nazir əlavə edib.
 
Demokratik.Az

Oxşar xəbərlər