Neft Fondu hərraca daha 200 milyon dollar çıxaracaq

  • 14 yan 2016, 18:08

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını davam etdirir.

Neft Fondundan daxil olan məlumata görə, 15 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək. 

Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı vardır. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Qeyd edək ki, Neft Fondu bu il yanvarın 13-də hərracda banklara 200 milyon dollar satıb.
 

Oxşar xəbərlər